Türkiyə ilə aramızdakı bənzərsiz əlaqə təkcə insani münasibətlərdən qaynaqlanmır.
Axar.az xəbər verir ki, bunu Almaniya Prezidenti Frank-Valter Ştaynmayer "Hürriyət" qəzetinə müsahibəsində deyib.
"Türkiyə böyüklüyünə, coğrafi mövqeyinə və siyasi önəminə görə, Almaniyanın strateji əhəmiyyətli tərəfdaşıdır. Biz NATO-da müttəfiqik. 15 il əvvəl Avropa Birliyi ilə üzvlük danışıqlarına başlamaq qərarına gəldik. Ötən illərdə Türkiyədəki bir çox hadisələrdən narahat idik. Amma bu da dəqiqdir ki, biz heç vaxt Türkiyənin vəziyyətinə və gedişatına biganə qala bilmərik. Bu, əlbəttə ki, qarşılıqlıdır. Ölkələrimiz arasında bir çox sahədə konkret əməkdaşlıq qarşılıqlı maraqlarımıza xidmət edir. Məsələn, sığınacaq axtaranlara və miqrantlara münasibətimiz və ya Əfqanıstanda baş verən son hadisələrə necə reaksiya verdiyimiz mövzularda", - Ştaynmayer bildirib.