Əlcəzair Fransadakı səfirini geri çağırıb.

Axar.az xəbər verir ki bu barədə ölkə lideri Əbdülməcid Təbbun deyib.

Buna səbəb isə Fransa Prezidenti Makronun “Le Monde” qəzeyinə müsahibəsində Şimali Afrika rəsmi tarixinin “yenidən yazıldığı” haqda fikir bildirməsi olub.

“Səfirimizin Parisdən geri çağırılmasına səbəb Fransa prezidentinin məsuliyyətsiz açıqlamasıdır”, - Təbbun deyib.

Təbbun bildirib ki, Makronun sözləri Fransa koloniyası olan zaman Əlcəzairdə həlak olanların xatirəsinə təhqirdir.

Qeyd edək ki, Fransa Əlcəzairdə dəhşətli soyqırımlar həyata keçirməsi ilə tarixə düşüb.

Xamenei Azərbayanı açıq şəkildə təhdid edir.

İmam Hüseyn Hərbi Məktəbin məzuniyyət mərasimində çıxış edən Xamenei deyir:

- İranın şimal-qərbində, bəzi qonşu ölkələrdə yaşanan hadisələrin həll yollu xarici güclərin bu ölkələrə müdaxiləsinin qarşısını almaqdır.

Xamenei dəstək verdikləri Ermənistanı nəzərdə tutmadığına görə, şimal-qərbdə qonşu ölkə Azərbaycandır və “xarici güclər” də Türkiyə və İsraildir: İsrailin bölgədə mövudluğu Tehranın iddia etdiyi formada deyil, Türkiyənin bölgədə mövudluğuna qarşı çıxırlar və bunu “sionist” iddiası ilə etməklə inanclı kəsimi də səfərbər etməyi planlaşdırırlar.

Xamenei ardınca “cəza” mesajını verir:

- Başqalarına güvənərək, öz təhlükəsizliyini təmin edə biləcəklərini düşünənlər yaxında sillə yeyərək, cəzalarını görəcəklər;

- Hər kəs bilməlidir ki, qardaşlarına quyu qazanlar öncə özləri o quyuya düşəcək.

İranın dini rəhbərinin bu mesajının Bakıya ünvanlandığı bəllidir və açıq-açıq təhdid edir. “Qardaş” sözləri də Azərbaycanın inanclı kəsiminə ünvanlanıb.

Baş verənlərə Xameneinin reaksiya verməsi o deməkdir ki, İrandan Azərbaycana qarşı total hücum daha da genişlənəcək: bu, sərhədlə yanaşı, daxildə də təhlükəsizliyə təhdidlər yarana biləcəyi gözləntisini artırır.

Taliban İŞİD terror qruplaşmasının iki üzvünü edam edib.

Axar.az xəbər verir ki, bu barədə “Pajhvok” agentliyi məlumat verib.

İŞİD üzvləri Cəlalabadda asılıblar.