Almaniya sakinləri demokratik dəyərləri qorumalıdırlar, ölkənin birləşməsi hələ tam başa çatmayıb.
Axar.az xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel deyib.
Merkel Berlin divarının yıxıldığı vaxt nümayişlərə çıxaraq vətəndaş azadlıqlarını tələb etdikləri üçün keçmiş ADR sakinlərinə təşəkkür edib.
Kansler yeni Almaniyaya inam göstərdikləri üçün Qərb ölkələrinə minnətdarlığını bildirib.
“Biz küçələrə çıxan hər kəsə borcluyuq”, - Merkel bildirib.