2011-ci ildə Əl-Qaidə terror qruplaşmasının lideri Üsamə bin Ladenin Pakistanda məhv edilməsi əməliyyatı daha çox səhnələşdirilmiş əməliyyata bənzəyir, heç nə onun həmin vaxt hadisə yerində olduğunu təsdiqləmir.
Axar.az xəbər verir ki, bunu məlum əməliyyatdan sonra araşdırmalarda iştirak etmiş pakistanlı jurnalist deyib.
Rəsmi versiyaya əsasən, Bin Laden 2011-ci ilin mayın 2-də Əfqanıstandan helikopterlərlə Abbottabada göndərilən ABŞ xüsusi təyinatlıları tərəfindən öldürülüb.
Əməliyyatdan sonra hadisə yerində işləmiş pakistanlı jurnalist Süheyl Abbas isə Abbottabaddakı əməliyyatı tamaşa adlandırıb və bildirib ki, öz sifətini dünyada və daxildə qorumaq üçün bu əməliyyat ABŞ-a lazım idi.
“Biz əminik ki, Bin Laden həmin vaxt binada yox idi. Ancaq ailəsi bir neçə il idi ki, orada yaşayırdı”, - Bin Ladenin qonşusu Raca Harun deyib.
Onun sözlərinə görə, Bin Ladenin öldürülməsi ilə bağlı ABŞ və Qərb mətbuatının yaydığı məlumatlara şəhərdə hər kəs təəccüblənmişdi:
“Sonra həm yerli, həm də xarici jurnalistlər gəlməyə başladı. Daha sonra Obamanın (ABŞ-ın o vaxtlı prezidenti Barak Obama – red.) ən təhlükəli terror təşkilatının rəhbərinin ortadan qaldırılması və cəsədinin dənizə atılması ilə əlaqədar bəyanatları və təbrikləri yayımlandı. Bu ki, axmaqlıq və gülünc idi”, - Harun bildirib.
Əməliyyatdan sonra ABŞ rəsmiləri bəyanat vermişdilər ki, terrorçu liderin meyiti tanınıb və dəfn yerinin digər terrorçular üçün kulta çevrilməməsinı görə dənizə atılıb.
Almaniyanın Kil şəhərində baş verən tornado nəticəsində 6 nəfər xəsarət alıb.
Axar.az xəbər verir ki, bu barədə NDR telekanalı məlumat yayıb.
Bildirilib ki, güclü külək yaxt-klubda olan şəxsləri suya atıb. Onlardan 3-ü yüngül, digər üçü isə ağır xəsarətlər alıb.
Hava şəraiti səbəbindən şəhərdə xeyli yanğınsöndürən və qəza-xilasetmə qruplarının işlədiyi deyilir.
Bildiyiniz kimi, bu gündən Azərbaycanın bütün təhsil müəssisələrində ənənəvi tədris bərpa olunub. Əvvəlki mərhələlərdə olduğu kimi, bu mərhələdə də istər təhsilalanlar, istərsə də təhsilverənlər, daha geniş ictimaiyyət, valideynlərlə münasibətdə qarşıda olan çağırışlara cavab verə biləcəyik.
Axar.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev AzTV-yə müsahibəsində deyib.
Nazir qeyd edib ki, ən əsası təhsilalanların keyfiyyətli şəkildə tədrisini təşkil edə bilməkdir:
"Builki tədris ili əvvəlkilərdən bir neçə xüsusiyyətinə görə fərqlənir. Bu il Azərbaycan məktəblərində tədris ölkənin ərazi bütövlüyü təmin olunduqdan sonra ilk dəfədir ki, açılır. Buna qədər biz Qarabağ və ölkənin ərazi bütövlüyü mövzusunda şagird və tələbələri təlimatlandırırdıqsa, hazırda Zəfərdən sonrakı dövrdə təhsilin məzmununu, dərslikləri dəyişmək baxımından bizim daha çox vaxta ehtiyacımız var".
"Bildiyiniz kimi bu tədris ili Zəfər ili elan olunub. Bununla bağlı müxtəlif tədbirlər, müsabiqələr keçirməyi düşünürük. Zəfər tariximizə həsr olunan ümumrespublika müsabiqəsini qeyd etməliyik. Müsabiqənin qalibləri Zəfər günündə elan ediləcək. Bundan başqa, biz məktəblərdə “Zəfər tarixi” adlı fakültativ məşğələ keçirəcəyik. Bu, dərsdənkənar olacaq, ayrıca bir fənn şəklində tədris olunmayacaq. Artıq lazımi materiallar məktəblərə göndərilib", - Emin Əmrullayev bildirib.
Axar.az rusiyalı politoloq, hərbi ekspert Oleq Kuznetsovla müsahibəni təqdim edir:
- Azərbaycanın qələbəsi ilə nəticələnən 44 günlük müharibədən sonra Ermənistan-Azərbaycan münaqişəsinə artıq nöqtə qoymaq olarmı?
- 2020-ci ildə Qarabağ uğrunda baş tutmuş müharibə Azərbaycanın işğal olunmuş torpaqlarında yerləşən erməni qoşunlarının total şəkildə darmadağın edilməsi, erməni cəmiyyətinin ağır mənəvi-psixoloji məğlubiyyətə uğraması ilə başa çatdı. 44 günə ermənilər üst-üstə 70% döyüş texnikasını itirdi, fərariliklə bağlı 10 mindən çox cinayət işi açıldı. Amma müharibədəki məğlubiyyət nə bu ölkənin dövlət quruluşuna, nə ideologiyasına, nə siyasi rejiminə, nə də onun dövlətçiliyinin konstitusiya əsaslarına təsir göstərdi.
Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanı müharibənin siyasi yekunlarını hüquqi cəhətdən möhkəmlətmək üçün sülh müqaviləsi imzalamağa çağırır, lakin cavab olaraq yalnız ATƏT-in Minsk Qrupu formatında danışıqlarda iştirak etmək təklifi gəlir. Əslində, bu gün Ermənistan 1994-cü il Bişkek sənədinin imzalanmasından sonra Azərbaycanın düşdüyü vəziyyətdədir. Buna görə də, zənnimcə, Qarabağ probleminin siyasi səviyyədə yekun həllinə hələ var. Mən dəfələrlə demişəm, münaqişənin tam həlli naminə, Azərbaycanın həm Xankəndiyə, həm Ermənistandakı eksklavlarına, həm də Zəngəzur nəqliyyat dəhlizinə nəzarət etmək üçün yeni müharibəyə və ya irimiqyaslı antiterror əməliyyatlarına gedəcəyini istisna etmirəm.
- Bu halda Ermənistanın xilası necə mümkündür?
- Artıq bir neçə ildir ki, Ermənistanın ölkə kimi mövcudluğunun strateji bir perspektivini görmürəm. Ötən il Qarabağda erməni ordusunun darmadağın edilməsi bu tendensiyanı yalnız gücləndirib. Əgər Azərbaycan öz sərhədlərinin xarici perimetrini silah gücü ilə bərpa edib Naxçıvana dəhliz açarsa, Ermənistanın depopulyasiyası xaos xarakteri alacaq və 15-20 ildən sonra bu ölkədə əmək qabiliyyətli və reproduktiv əhali qalmayacaq. Demək olar ki, artıq Qarabağda əmək qabiliyyətli erməni qalmayıb. Son 30 ildə Ermənistanın mövcud olduğu strategiya öz ölkəsinin və işğal olunmuş Azərbaycan ərazilərinin resurslarını qarət etmək, insan resurslarını və kapitalını xaricə çıxarmaqla diasporunu zənginləşdirmək olub ki, bu da ermənilərin özləri üçün sadəcə olaraq acınacaqlı deyil, məhvedici nəticələrə gətirib çıxarıb. Anladığım kimi, geriyə dönüş nöqtəsi onlar üçün artıq keçilib, indi biz bu ölkənin ləng, əzab-əziyyətli ölümünü müşahidə edirik.
Bayden söz verdi ki, bizi tərk etməyəcəklər, Suriya Əfqanıstan kimi olmayacaq, ABŞ-ın bura ilə bağlı siyasəti tamamilə fərqlidir.
Axar.az xəbər verir ki, bunu PKK/YPG-yə bağlı Suriya Demokratik Qüvvələrinin komandiri Mazlum Kobani kod adlı Fərhad Abdi Şahin "Tayms" qəzetinə müsahibəsində deyib.
O, Amerikanın Əfqanıstandan çəkilməsindən sonra insanların qorxduğunu, öz gələcəkləri üçün narahat olmağa başladıqlarını bildirib.
Kobani qeyd edib ki, bununla bağlı ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri Kennet Makkenzi və ABŞ Dövlət katibinin Yaxın Şərq üzrə müavini Coy Hudla görüşüb.
Rusiya hökuməti ABŞ və Avropa Birliyi arasında nifaq toxumları səpməyə cəhd edir.
Axar.az xəbər verir ki, bunu ABŞ-ın Rumıniyadakı eks-səfiri Mark Gitenştayn deyib.
Onun sözlərinə görə, Moskva yorulmadan öz düşmənçilik təsirini Avropada yayır və ABŞ-ı Avropa Birliyindən uzaqlaşdırmağa cəhd edir.
O, Rusiya tərəfinin fəaliyyətini fövqəladə təhlükəli və qanlı adlandırıb.