Paris məhkəməsi Fransanın keçmiş prezidenti Nikola Sarkoziyə hökm oxuyub.
Axar.az xəbər verir ki, bu barədə BFM telekanalı məlumat yayıb.
Məlumata görə, məhkəmə Sarkozini 2012-ci ildə seçkiqabağı kampaniyasını qanunsuz maliyyələşdirməkdə günahkar bilərək, onu 1 il müddətində azadlıqdan məhrum edib.
Qərar zamanı Sarkozi məhkəmədə iştirak etməyib.
Qərara əsasən, Sarkozi həbs müddətini evdə keçirəcək və qoluna elektron qolbağ taxılacaq.