Türkiyə “Bozqurdlar” gənclər təşkilatının ABŞ-da terror qruplaşması kimi təsnif edilməsindən narahatdır.
Axar.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Tanju Bilgiç deyib.
O bildirib ki, ABŞ milli müdafiə qanununa edilən dəyişikliklərin mətnində Dövlət Departamentindən “Bozqurdlar”ın terror təşkilatı olub-olmadığı barədə hesabat hazırlamasını tələb edən bənd Türkiyədə təəssüf doğurur.
“Qanunun son mətni hələ təsdiqlənməyib. Əsassız ittihamlar ehtiva edən və ABŞ-la ittifaqımıza uyğun olmayan belə bir tələbin Nümayəndələr Palatası tərəfindən qəbul edilməsi son dərəcə kədər və narahatlıq doğurur”.
Onun sözlərinə görə, bu, Avropa və ABŞ-da bəzi dairələr tərəfindən dəstəklənən antitürkiyə lobbisinin cəhdlərinin ən son nümunəsidir.