Filippin prezidenti Rodriqo Duterte siyasətdən gedəcəyini bildirib.
Avropa İttifaqı Ukraynada müstəqil hərbi təlim missiyası qurmağı düşünür.
Gürcü Arzusu Tiflis üzərində nəzarəti itirdi.
Axar.az xəbər verir ki, bunu gürcü siyasətçi Giya Xuxaşvili deyib.
Onun sözlərinə görə, Tiflisdə uduzmaq hakim partiyanın proporsional seçkilərdə məğlubiyyətinə gətirib çıxara bilər.
Qeyd edək ki, Tiflis şəhər meri uğrunda seçkilərin ikinci turunun keçiriləcəyi gözlənilir.
Rusiyanın Xabarovsk diyarında sərnişin avtobusu aşıb.
Rusiya ABŞ-dan fərqli olaraq, xarici tərəfdaşları ilə ünsiyyət qurarkən ideoloji qərəzlərdən və tabulardan azaddır.
Axar.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
Lavrov Rusiyanın həmişə beynəlxalq hüququ, BMT-nin dünya arenasında mərkəzi rolunu müdafiə edəcəyini vurğulayıb:
"Rusiyanın iştirakı ilə çoxtərəfli birliklər nəinki regional gündəmin formalaşmasında, həm də qlobal inkişaf meyillərinin müəyyənləşdirilməsində rol oynayır".
Fransa və Yunanıstan yeni ittifaq yarada bilmək ümidi ilə hərbi müdafiə sahəsində yaxınlaşır.
Axar.az xəbər verir ki, bu barədə İngiltərənin “Ekonomist” nəşri yazıb.
“Bu addımın səbəbi Türkiyə qorxusudur. Yunanıstanın regionla bağlı narahatlığı bütün Avropaya yayılıb. Eyni zamanda, Türkiyənin regional gücə çevrilməsi Avropanı da narahat edir. Yeni əməkdaşlıqların əldə edilməsi də Türkiyəyə olan qorxudan irəli gəlir. Sentyabrın 28-də Yunanıstan Baş naziri Kiryakos Miçotakis Fransa Prezidenti Emmanuel Makronla görüşdə “Tarix bizim birlikdə olmağımızı istəyir. Həmçinin coğrafiyada” ifadəsini işlətdi. Bununla da Aralıq dənizinin şərq hissəsində yaranmış problemlərdən narahat olan hər iki ölkə strateji hərbi müdafiə paktı imzaladı”, - nəşr yazır.