Rusiya ABŞ-dan fərqli olaraq, xarici tərəfdaşları ilə ünsiyyət qurarkən ideoloji qərəzlərdən və tabulardan azaddır.
Axar.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
Lavrov Rusiyanın həmişə beynəlxalq hüququ, BMT-nin dünya arenasında mərkəzi rolunu müdafiə edəcəyini vurğulayıb:
"Rusiyanın iştirakı ilə çoxtərəfli birliklər nəinki regional gündəmin formalaşmasında, həm də qlobal inkişaf meyillərinin müəyyənləşdirilməsində rol oynayır".