Qvatemalada COVİD-19-a qarşı peyvənddən imtina edən qəsəbə sakinlerinin etirazı fərqli nəticələrə səbəb olub.
İsrail Baş naziri Naftali Bennet oktyabrın 22-də Rusiyaya səfərə gedəcək.
Axar.az xəbər verir ki, bu barədə İsrailin Moskvadakı səfiri Aleksandr Ben Tsvi məlumat verib.
Xatırladaq ki, N.Bennet Baş nazir vəzifəsini iyunun 13-də icra etməyə başlayıb. O, bu vəzifədə Benyamin Netanyahunu əvəz edib.
Vətən müharibəsi özünü dost adlandıran bir çox ölkələrin əsl simasını oryaya çıxardı.
Mixail Saakaşvili Ukrayna Prezidenti Vladimir Zelenskiyə məktub ünvanlayıb.
Axar.az xəbər verir ki, məktubda o, Zelenskinin bəyanatından dərindən təsirləndiyini bildirib. O özünü Putinin şəxsi məhbusu adlandırıb:
“Hörmətli Vladimir Aleksandroviç, mənim qanunsuz həbsim, Gürcüstanda saxta ittihamlara əsl ali sinif dövlət xadimi kimi reaksiyanız və sözləriniz məni dərindən təsirləndirdi. Rusiyadan başqa bunu dünyada heç kim tanımır. Mən həyatımdan çox öz Gürcüstanımı istəyirəm, amma ikinci vətənim olan, həyatımın çox hissəsini keçirdiyim, ailəm və dostlarımın olduğu Ukraynanı da çox sevirəm. Bütün həyatım boyunca sizin apardığınız tarixi dəyişiklik və reformlara töhfə vermək imkanına sahib olduğuma görə fəxr edirəm.
Faktiki olaraq Putinin şəxsi məhbusuyam, sizin Ukraynanın, bütün regionun və imperiyanın bütün məhbuslarının müdafiəsi üzrə prinsipial mövqeyinizi yüksək qiymətləndirirəm”.
Çinin Mətbuat və Nəşr işləri üzrə dövlət idarəsi azyaşlıların oyun asılılığının qarşısını almaq üçün ümummilli kampaniya çərçivəsində xüsusi şikayət saytı açıb.