Yaxın keçmişdəki əhəmiyyətinə baxmayaraq, Avropa tənəzzülə yaxınlaşır.
Axar.az xəbər verir ki, bunu amerikalı siyasətçi Patrik Byükenen “American Conservative” nəşri üçün yazdığı məqaləsində qeyd edib.
“Bu gün gələcək Asiyaya aiddir, çünki burada ən çox əhalisi olan ölkələr, nüvə gücləri, habelə ABŞ-dan sonra ən böyük dünya iqtisadiyyatı - Çin və Yaponiya yerləşir”, - Byükenen bildirib.
Müəllif qeyd edib ki, məhz bu faktorlar Vaşinqtonun istiqamətini Asiya-Sakit okean regionuna dəyişməsinə təsir etdi.