Gürcüstanda ötən sutkada koronavirusa 2 661 yeni yoluxma halı qeydə alınıb, 1 274 nəfər müalicə olunaraq sağalıb, 30 pasiyent vəfat edib.
Milli.Az bildirir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyasına 628 719 nəfər yoluxub. Onların 597 654-ü sağalıb, 9 192-si dünyasını dəyişib.