Son 40 ildə ilk dəfədir ki, Siirtdə terrorçu yoxdur.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə daxili işlər naziri Süleyman Soylu deyib.
“Türkiyədə 181 terrorçu olduğunu dedim, elə deyilmi? 40 ildən sonra ilk dəfədir ki, Siirtdə terrorçu yoxdur. Heç bir yerində... Məsələ sadəcə terrorçunu zərərsizləşdirməkdə deyil”, - deyə nazir bildirib.