NATO Türkiyəni S-400-lərdən imtina etməyə, onu bənzər Qərb sistemləri ilə əvəzləməyə razı sala bilmədi.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri NATO Baş katibi Yens Stoltenberq deyib.
O bildirib ki, alyans Ankaranı S-400 əvəzinə Qərb sistemləri - Patriot, yaxud SAMP/T almasına razı salmaq cəhdlərini davam etdirəcək.