ABŞ Prezidenti Co Bayden Suriyadakı fövqəladə vəziyyətin uzadılması ilə bağlı qərar qəbul edib.
Axar.az xəbər verir ki, Bayden bu qərarını ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosiyə məktub vasitəsilə bildirib.
Baydenin məktubunda Türkiyənin hərbi müdaxiləsinin Suriyada İŞİD-ə qarşı mübarizəyə zərər verdiyi bildirilib:
“Suriyadakı vəziyyət və xüsusən də Türkiyə hökumətinin Suriyanın şimal-şərqində həyata keçirdiyi hücumlar İŞİD-i məğlub etmək siyasətini baltalayır, mülki əhalini təhlükəyə atır, bölgədə sülhü, təhlükəsizliyi, sabitliyi pozur və ABŞ-ın milli təhlükəsizlik və xarici siyasəti üçün təhdid yaradır”.