ABŞ Prezidenti Co Bayden və NATO rəhbəri Yens Stoltenberq arasında görüş keçirilib.
Axar.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, tərəflər beynəlxalq təhlükəsizlik mühitini və bu yöndə NATO-nun müdafiəni təşkil etmək üçün göstərdiyi səyləri müzakirə ediblər.
Bayden NATO-ya tam dəstək verdiyini bir daha təsdiqləyib.