Almaniyanın yeni hökuməti Şimal Axını-2 layihəsinin sertifikatlaşdırılması və istismara verilməsinə qarşı çıxacaq.
Axar.az xəbər verir ki, bu barədə “Teleqraf” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, yeni hökumət fraksiyasına daxil olmaları gözlənilən Yaşıllar Partiyası və Azad Demokratik Partiyası öz şərtlərini Almaniya Sosial-Demokratlar Partiyasına diktə edəcək.
Hər iki siyasi qüvvə Şimal Axını-2 qaz kəmərinin əleyhinədirlər.