Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Tiflisdə saxlanılmadan öncə sosial şəbəkə səhifəsində tərəfdarlarına müraciət ünvanlayıb.
Axar.az xəbər verir ki, Saakaşvili müraciətində Gürcüstan xalqına yardıma gəldiyini bildirib və tərəfdarlarını qorxmamağa çağırıb.
“Böyük ehtimalla Tiflisdə saxlanılacağam. Lakin demək istəyirəm ki, heç nədən qorxmayın, sabah seçkilərə gedin. Səs verin və oktyabrın 3-də birlikdə qələbəmizi qeyd edəcəyik. Gəldim ki, sizlərə yardım edim, başqa seçimimiz yox idi. Heç nə dən qorxmayın və sizi də qorxmamağa çağırıram”, - deyə eks-prezident bildirib.
Qeyd edək ki, Saakaşvili Tiflisdə polis tərəfindən saxlanılıb.