Qərb ölkələri bütün dünyada, o cümlədən Rusiyada korrupsiya ilə aktiv mübarizə aparmalıdırlar.
Axar.az xəbər verir ki, bunu rusiyalı müxalifətçi Aleksey Navalnı deyib.
O, yenidən Qərb ölkələrini rusiyalı oliqarxlara sanksiya tətbiq etməyə çağırıb:
“Putinin yaxın ətrafına sanksiyalar tətbiq olunmadıqca istənilən antikorrupsiya ritorikası oyun və boş söz kimi qəbul olunacaq. Dövlət şirkətlərinə rəhbərlik edən Putinin oliqarxları yalnız formal olaraq biznesmendirlər, əslində isə onlar mütəşəkkil cinayətkar qrupların liderləridir”.