NATO-nun Avropa ayağını gücləndirmək barədə düşünməliyik.
Axar.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Hayko Maas “Şpiqel” jurnalına açıqlamasında deyib.
“Həqiqət budur ki, ABŞ olmadan çətin beynəlxalq missiyaları yerinə yetirmək iqtidarında olmadığımız üçün amerikalılar çox şeyə qərar verirlər, biz isə izləyirik. Əfqanıstandakı uğursuzluq xarici və təhlükəsizlik siyasətinə görə dünyadakı məsuliyyətimizi tamamilə inkar etməyə səbəb olmamalıdır. Ancaq Əfqanıstanda baş verənlər bir daha təkrarlanmamalıdır”, - deyə Maas bildirib.