13:26
İrəvan Azərbaycan tərəfindən gələn heç bir bəyanata cavab vermək iqtidarında deyil.
Bakı nə etsə də İrəvan susacaq. Hadisələrin gedişatı tam olaraq bunu göstərir.
Axar.az xəbər verir ki, bu fikirləri Ermənistan parlamentinin deputatı Anna Mkrtçyan bildirib.
“İlham Əliyev nə vaxt icazə versə, onda da Ermənistan hakimiyyəti nəsə danışa bilər. Siz fikir vermisiz ki, Nikol Paşinyan soz zamanlar bir dəfə də olsun Qarabağa səfər etməyib. Nədən? Çünki rəsmi Bakı icazə vermir. Hazırda bütün Qarabağın Azərbaycanın nəzarəti altında olmasını demək olar”, - deyə o qeyd edib.