Şotlandiyada koronavirusla bağlı məhdudiyyətlər aradan qaldırılıb.
Milli.Az APA-ya istinadən bildirir ki, bu gündən etibarən Şotlandiyada koronavirusla bağlı əksər məhdudiyyətlər aradan qaldırılıb. Yeni qaydalara əsasən, iki metrlik sosial məsafə saxlamaq ilə bağlı məhdudiyyətlər ləğv edilib, gecə klubları öz fəaliyyətlərini bərpa edib.
Bundan əlavə, 5000 -dən çox insanın qatıldığı açıq hava tədbirlərinin və 2000 -dən çox insanın iştirak etdiyi qapalı tədbirlərin təşkilinə icazə verilib. Ancaq bunun üçün əvvəlcədən yerli hakimiyyət orqanlarından icazə alınmalıdır.
Qapalı məkanlarda və nəqliyyat vasitələrində isə maskalardan istifadə ilə bağlı qanun hələ da öz qüvvəsində qalır. Şotlandiyanın Birinci naziri Nicola Sturgeon koronavirusla bağlı məhdudiyyətlərin aradan qaldırılmasına baxmayaraq insanları həssas olmağa davam etməyə çağırıb.
Qeyd edək ki, İngiltərədə isə koronavirus məhdudiyyətləri 19 iyul tarixində aradan qaldırılıb.