Rusiya Ermənistana silahlı qüvvələrinin modernləşdirilməsi və islahatların keçirilməsində kömək etməyə hazırdır.
Axar.az TASS-a istinadən xəbər verir ki, bu sözləri Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ermənistanın müdafiə naziri Arşak Karapetyanla Moskvada keçirilən görüşü zamanı deyib.
O, Rusiyanın Ermənistanla həm ikitərəfli formatda, həm də KTMT çərçivəsində hərbi əməkdaşlığa böyük əhəmiyyət verdiyini bildirib.
Nazir Ermənistan ərazisində yerləşən 102-ci Rusiya hərbi bazasının təhlükəsizliyin zəmanəti olduğunu vurğulayıb.
Karapetyan isə öz növbəsində müdafiə naziri kimi ilk səfərini Rusiyaya etdiyini xüsusi qabardıb. O, Rusiyanın keçmiş Dağlıq Qarabağda və ümumilikdə Ermənistanın sərhədlərində təhlükəsizlik məsələləri ilə birbaşa məşğul olan yeganə dövlət olduğunu qeyd edərək, dəstək üçün Şoyquya təşəkkürünü bildirib.