Əlcəzairin Tizi-Uzu və Bedcaya əyalətlərində meşə yanğınları zamanı 25-i hərbçi olmaqla 42 nəfər həlak olub.
Trend-in "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə ölkə hökumətindən bildiriblər.
Əlcəzairin daxili işlər naziri ölkədə baş verən onlarla yanğının naməlum şəxslər tərəfindən törədildiyini bildirib: "Əyalətin bir neçə yerində eyni vaxtda 50-yə yaxın yanğına səbəb yalnız cinayətkar əllər ola bilər".
Onun sözlərinə görə, yanğınları törədənlərin şəxsiyyətinin müəyyən edilməsi üzrə araşdırma aparılacaq.
Əlcəzair prezidenti Abdelmacid Tebbun yanğınlar nəticəsində həlak olanların ailələrinə başsağlığı verib.