İsraildə 186 nəfər fanatik yəhudi Əqsa məscidinə hücum edib.
Axar.az xəbər verir ki, bu barədə Qüds İslam Vəqfləri İdarəsi açıqlama yayıb.
Açıqlamada bildirilib ki, yəhudilər məscidin cənub-qərbindəki Mərakeş qapısı adlanan yerdən basqın ediblər.
İsrail polisi basqına müdaxilə edib.
Fanatik yəhudilərin basqınlarına davam edəcəkləri gözlənilir.