Qırğızıstanın keçmiş prezidenti Əsgər Akayev Kumtor qızıl yatağının işlənməsi ilə bağlı yol verdiyi səhvlərə görə qırğız xalqından üzr istəyib.
Axar.az xəbər verir ki, Akayevin müraciəti “Ala-Too 24” telekanalının Feysbuk səhifəsində yerləşdirilib.
“Əziz həmvətənlər, buraxdığım səhvlər ucbatından qırğız xalqının Kumtor layihəsindəki ümidlərini doğrultmadığım üçün səmimi qəlbdən üzr istəyirəm. Hökumətin düzgün nəzarətinin olmaması kanadalı investorların mədən üzərində tam nəzarəti ələ almasına imkan verdi və onlar böyük gəlirlər əldə edərək Qırğızıstanı cüzi dividendlər və ildən-ilə artan ekoloji problemlərlə üz-üzə qoydular. Bütün bunları nəzərə alaraq istintaqla tam əməkdaşlıq edirəm və bundan sonra da edəcəyəm”, - Akayev bildirib.