İranda ötən sutka ərzində 542 nəfər koronavirusdan (COVID-19) ölüb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 94 015 nəfərə yüksəlib.
İranda ötən sutka ərzində 39 619 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 4 158 729 nəfərə çatıb. Virus 6 462 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Ölkədə indiyədək 3 539 015 nəfər koronavirusdan sağalıb, 26,4 milyondan çox diaqnoz testi həyata keçirilib.
Ümumilikdə, İranda 15,6 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 12,6 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3,07 milyon təşkil edir.
Koronavirusa yoluxma üzrə 336 rayon qırmızı və 84 rayon narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır. Bundan başqa 28 rayon sarı zona hesab olunur.