ABŞ Prezidenti Co Bayden Talibanın mövqelərinin güclənməsinə baxmayaraq, Əfqanıstandan qoşunların çıxarılması planlarını dəyişmək niyyətində deyil.
Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms" məlumat yayıb.
Məlumata görə, Amerika lideri Əfqanıstan hökumətinin Talibana müqavimət göstərmək üçün güc və resurslara malik olmasını gözləyir. Bu baxımdan, Taliban son vaxtlar mövqelərini xeyli gücləndirsə də, Bayden avqustun sonuna qədər ABŞ qoşunlarını ölkədən tamamilə çıxarmaq planlarından imtina etməyi planlaşdırmır.
Bayden administrasiyasının sözçüsü strategiyanın dəyişməz qaldığını vurğulayıb. Eyni zamanda, Pentaqon Əfqanıstan hökumətini zəruri avadanlıqla təmin etmək planlarını da ehtiyatda saxlayır.