Türkiyə Yoluxucu Xəstəliklər Birliyinin prezidenti Məhməd Ceyhan ölkənin rusiyalı turistlər üçün sərhədləri açdığına görə təəssüfləndiyini bildirib.
Axar.az xəbər verir ki, o, bu barədə mediaya müsahibəsində deyib.
Onun sözlərinə görə, ölkədə epidemioloji vəziyyət buna görə ağırlaşır:
"Türkiyədə delta ştammı tədricən və davamlı yayılır. Eyni zamanda, delta yoluxma modelini ciddi şəkildə dəyişdirir. Əvvəllər bir daşıyıcı orta hesabla 2,5 virus ötürürdüsə, indi bu rəqəm 4 nəfərə qədər artıb".
Mütəxəssis deyib ki, ən böyük səhvimiz rusiyalı turistləri qəbul etməyə hazır olmağımızdır. Çünki bu ştamm Rusiyada sürətlə yayılıb.
Qeyd edək ki, ötən gün Rusiyada koronavirusdan ölüm halı pandemiyanın elan olunduğu vaxtdan indiyə qədər ən yüksək həddə qalxıb.