Əfqanıstandakı terrorçular hücuma keçəcəyi təqdirdə Rusiya həm KTMT, həm də ikitərəfli münasibətlər çərçivəsində Tacikistana hər cür kömək göstərəcək.
Axar.az xəbər verir ki, bunu Rusiyanın Düşənbədəki səfiri İqor Lyakin-Frolov deyib.
“Əfqanıstanda ABŞ-NATO qoşunlarının geri çəkilməsi və bu ölkənin şimalında Taliban hərəkatının hərəkətlənməsi nəticəsində hərbi-siyasi vəziyyətin gərginləşdiyini görürük. Hələlik heç bir qarşıdurma müşahidə etmirik, əksinə Əfqanıstan ərazisindən ekstremistlərin girməsinin qarşısını almaq üçün Tacikistan-Əfqanıstan sərhədini mümkün qədər möhkəmləndirmək üçün Tacikistan hakimiyyət orqanlarının qətiyyətini görürük”.