NATO qüvvələri Əfqanıstandan geri çəkilməyə başladıqdan sonra ölkədə vəziyyət kəskin şəkildə pisləşib.
Axar.az xəbər verir ki, 6 iyul tarixinə qədər ABŞ qoşunlarının 90 faizini artıq ölkədən çıxarıb.
Bu fonda isə Taliban eyni anda bir neçə istiqamətdə hücuma keçib və İran, Pakistan və Tacikistanla sərhədlərdəki bölgələri də nəzarətə alıb. Taliban Kabulu da ələ keçirməyə və ölkədə öz hakimiyyətini qurmağa çalışır.
Təqdim edilən infoqrafikada Talibanın ələ keçirdiyi bölgələr və Əfqanıstan hakimiyyətinin nəzarət etdiyi ərazilər əks olunub.