ABŞ-ın rəhbərlik etdiyi NATO qoşunlarının Rusiyaya qarşı təxribatları ittifaqa üzv olan ölkələrin nüfuzuna mənfi təsir göstərir.
Axar.az xəbər verir ki, bu barədə "Nəşnl İnterest" nəşri yazıb.
Nəşrdə bildirilir ki, Krımın Rusiyaya birləşdirilməsindən sonra Ağ Evin və Şimali Atlantika İttifaqındakı müttəfiqlərinin aqressiv ritorikası Qərb ölkələrinin milli maraqlarından kənara çıxıb:
"Vaşinqton bu cür hərəkətlərdən az qazanacaq, eyni zamanda, həm imicində, həm də təsirində çox şey itirəcək".
Eyni zamanda, nəşrə görə, NATO üzvlərindən heç biri əsl hərbi qarşıdurmalara hazır deyil.