Bəzi Rusiya KİV-ləri Türkmənistan-Əfqanıstan sərhədindəki vəziyyətlə bağlı yoxlanılmamış, açıq şəkildə qərəzli məlumatlar yayır.
Axar.az xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.
Türkmənistanın hərbi texnika və topçu silahlarının Əfqanıstan sərhədinə yerləşdirildiyi barədə informasiyanın ucuz sensasiya və yalan məlumatlardan başqa bir şey ifadə etmədiyi vurğulanıb.
"Türkmənistan-Əfqanıstan sərhədi dostluq və əməkdaşlıq sərhədidir", - deyə bildirilib.
Qeyd edək ki, "Turkmen nyus" saytı Türkmənistanın Əfqanıstan sərhədinə ağır texnikalar yerləşdirməsi barədə məlumat yaymışdı.