Rusiya və Ukrayna arasında hərbi konflikt olsa, NATO Kiyevə qoşun göndərməyəcək, lakin silah verə bilər.
Axar.az xəbər verir ki, bu açıqlama ilə Ukraynanın Təhlükəsizlik Xidməti rəhbərinin keçmiş müavini, general-mayor Viktor Yaqun çıxış edib.
“Tək qalmayacağıq, bu, birmənalıdır. Lakin birbaşa müdaxilə, NATO-nun hər hansı batalyonu, yaxud hərbi qrupunu ərazimizdə görməyəcəyik”, - deyə Yaqun bildirib.
General əlavə edib ki, Rusiya ilə mümkün toqquşma yalnız Ukraynanın problemidir və burada kəşfiyyat məlumatları Kiyevin köməyinə çata bilər.