Zəngəzur dəhlizinin fəaliyyətə başlaması regional inkişafa gətirib çıxaracaq.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Birinci Beynəlxalq Qarabağ İqtisadiyyat Forumu zamanı deyib.
Onun sözlərinə görə, sözügedən dəhliz həm yükdaşıma, həm də sərnişin daşımalarında vaxta və əlavə xərcə qənəat olunmasına gətirib çıxaracaq.