Əfqanıstan prezidentinin müavini marşal Abdul Rəşid Dustum yaralanıb.
Axar.az xəbər verir ki, onun Talibanla Cövzcan vilayətində döyüş zamanı yaralandığı bildirilib.
Qeyd edək ki, Dustum özbək əsilli hərbi-siyasi xadimdir. O, Əfqanıstanın ən nüfuzlu şəxslərindən biri sayılır.
Dustum 80-ci illərdən etibarən Əfqanıstandakı güc balansında əvəzedilməz rol oynayır.