Gürcüstan Prezidenti Salome Zurabişvilinin Ukraynaya rəsmi səfəri başlayıb.
Axar.az xəbər verir ki, gürcü lider çərşənbə axşamından Kiyevdə olsa da, onun rəsmi görüşləri bu gündən başlayacaq.
Zurabişvili səfər çərçivəsində Ukrayna Prezidenti Vladimir Zelenski, Baş nazir Denis Şmıqal və Ali Radanın spikeri Dmitri Razumkovla görüşəcək.
Qeyd edək ki, Salome Zurabişvilinin Ukraynaya səfəri 2019-cu ildə baş tutmalı idi. Lakin Ukrayna tərəfinin xahişi ilə səfərin tarixi 2020-ci ilə keçirildi. Lakin Mixail Saakaşvilinin Zelenski tərəfindən Milli İslahatlar Şurasının İcraiyyə Komitəsinin sədri vəzifəsinə təyin olunmasına görə gərginləşən Gürcüstan-Ukrayna münasibətləri Zurabişvilinin bu səfərini də təxirə salmışdı.