“SpeysX” şirkəti sentyabr ayına qədər “Starlink” peyk sistemi vasitəsilə bütün dünyanı naqilsiz internetlə təmin etməyi planlaşdırır.
Axar.az xəbər verir ki, bu barədə “SpeysX” şirkətinin Prezidenti Qvinn Şotvell deyib.
“Biz kosmosa təxminən 1800 peyk buraxmışıq və onlar işlək orbitə çatdıqdan sonra qlobal internet əhatəsinə malik olacağıq. Bundan sonra müvafiq orqanların icazəsini almalıyıq”, - deyə o bildirib.