COVID-19-un "Hindistan" ştammı Belarusun paytaxtı Minskdə də tapılıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə məlumat ölkənin Səhiyyə Nazirliyinin "Telegram" kanalında yayılıb.
Bildirilir ki, Minskdə test edilmiş 10 nümunədə "Hindistan" variantına uyğun mutasiyalar aşkarlanıb. Digər bölgələrdə isə bu varianta rast gəlinməyib.
Mütəxəssislər hesab edir ki, aktiv vaksinasiya COVID-19-un "Hindistan" ştammını yüngül keçirməyə kömək edəcək.
İlk dəfə keçən ilin payızında üzə çıxan "Hindistan" ştammı 90-a yaxın ölkəyə yayılıb.