Qarazirə (çörəkotu) tarix boyu tibbdə ən məşhur müalicəvi otlarından biri kimi istifadə olunub.

Axar.az xəbər verir ki, alimlər müasir texnologiyanın köməyi ilə qarazirənin toxumunda orqanizmin normal fəaliyyətini təmin edən yüzlərlə maddələr olduğunu aşkar ediblər. Həmin maddalərə çox qiymətli doymamış yağ turşuları, linolen turşusu, alfa linolen turşusu, bir sıra efirli yağlar, az miqdarda B1, B2, B6 vitaminləri, minerallar (dəmir, kalsium, maqnezium, sink, selen) və amin turşuları da daxildir. Tərkibindəki bu maddələr immun sistemi üçün çox faydalı olmaqla yanaşı, orqanizmin mineral balansını ödəmək qabiliyyətinə malikdir.

Tarixi araşdırmalar göstərir ki, Misir kralı Tutanhamonun məzarında da tapılan qarazirə Kleopatra tərəfindən gözəllik məqsədilə istifadə edilib. Tibb elminin atası sayılan Hipokrat qaraciyər xəstəliklərinin müalicəsində qarazirənin faydalarını açıqlayır.

ABŞ-ın Cənubi Kaliforniya ştatının Xərçəng-İmmun-Biologiya Laboratoriyasının tədqiqatçıları bildirirlər ki, qarazirə xərçəng şişlərinin müalicəsi və inkişafının dayandırılması üçün ideal müalicə üsuludur.

Çətirçiçəklilər fəsiləsinə mənsub olan qarazirənin ölkəmizdə üç növü bitir ki, bunlardan adi zirə (qarazirə) təbabətdə istifadə edilir.

Qarazirədən təbabətdə dəmləmə, poroşoklar, ətirli su və efir yağları hazırlanır və onlardan xroniki mədə-bağırsaq xəstəliklərində – həzm prosesini yaxşılaşdırmaqda, köpmənin qarşısını almaqda, bağırsaq iltihabını aradan qaldırmaqda dərman kimi istifadə edilir. Tərkibində bol miqdarda olan timokinon maddəsi antikarsinogen təsirləri ilə tanınır. Qarazirənin faydalı olduğu sağlamlıq problemləri arasında diabet, xolesterol, sədəf və ekzema, allergiya, Alzheimer əsas yer alır.

200 qram qarazirəni üyüdərək 1 kq bal ilə qarışdırıb, gündə 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı ilə yemək ən faydalı üsuldur. Digər üsullardan: gündə 3 dəfə 1 çay qaşığı üyüdülmüş toxum ağıza qoyulur və su ilə içilir. 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı qara zirə yağı içmək bədəni qurdlardan təmizləyir.

Qarazirə toxumunun faydalarını saymaqla qurtarmaq olmaz. Qarazirə toxumundan hazırlanan müxtəlif ekstratlar qurdqovucu, bakteriya və göbələk əleyhinə təsir göstərməklə yanaşı südartırıcı təsirə də malikdır.

ABŞ-ın Ohayo ştatının Klivlend şəhər klinikasında 1979-cu ildə tədqiqatçı alim Aşok Aqarval tərəfindən sübut edilmişdir ki, qarazirə yağı südverən anaların südünü artırır. Lakin qarazirədən hamiləlik zamanı istifadə etməyə icazə verilmir.

22 Noyabr 2024 Putinin müraciəti Trampa idi: xəbərdarlıq etdi
22 Noyabr 2024 Rutte Trampı inandırmaq üçün ABŞ-a gedir
22 Noyabr 2024 Putinin video-müraciətinə Zelenskinin cavabı
22 Noyabr 2024 Tramp Avropada ən böyük adanı almaq üçün hərəkətə keçdi
22 Noyabr 2024 İran hədələdi: İsrail belə sərsəm addım atarsa...
22 Noyabr 2024 ABŞ səhvə yol verdi - Putin
22 Noyabr 2024 Rusiya ilə əsl savaş istəyirdiniz: indi baxın! - Kadırov
22 Noyabr 2024 Çox azıq, miqrantlara ehtiyacımız var... - Rusiya
21 Noyabr 2024 Fidandan Qafqaz açıqlaması: Sülh yaxındır!
21 Noyabr 2024 Rusiyaya inanmamalıyıq, bizdən istifadə edir - Mütəhhəri
21 Noyabr 2024 Qərar məcburidir, Netanyahu həbs edilməlidir - Borrell
21 Noyabr 2024 Ukrayna zərbələr endirir: Putin nüvəyə əl atmasa…
21 Noyabr 2024 Zelenski təcili müraciət yaydı: Başdanxarab qonşumuz...
21 Noyabr 2024 İsrail açıqladı: Üçüncü hücum dalğası tamamlandı!
21 Noyabr 2024 İrəvan Libbini təkzib etdi: Azərbaycanla əməkdaşlıq…
21 Noyabr 2024 Putinin mövqeyini nəzərə almadan bunu etmək olmaz!
21 Noyabr 2024 Güneyli məhbus işgəncə ilə öldürüldü
21 Noyabr 2024 Krımda Yeni il tədbirləri ləğv edildi
21 Noyabr 2024 BMT İranla bağlı qətnaməni qəbul etdi
21 Noyabr 2024 Kabellər buna görə qırılıb, “Moskvanın əli”ni axtarmayın
21 Noyabr 2024 Nüvə savaşı istəmirik, danışmalıyıq - ABŞ admiralı
21 Noyabr 2024 Hakimiyyətin Trampa keçməsinə hazırıq - Admiral
21 Noyabr 2024 Berlin Kiyevə növbəti hərbi yardım göndərdi
20 Noyabr 2024 ATACMS-lar Rusiyanı vurdu: Putinin iş qrafiki… - Peskov
20 Noyabr 2024 Rusiyaya ATACMS-la zərbə: Tramp hərəkətə keçir
20 Noyabr 2024 Çin lideri Ukraynadan danışdı: Görmək istəmirik!
20 Noyabr 2024 Kursk üzərində iki Ukrayna raketi vuruldu
20 Noyabr 2024 İsrail Palmiraya zərbə endirdi: 36 ölü, 50 yaralı
20 Noyabr 2024 Qərbin Ukraynaya icazə verməsi sübut edir ki... - Zaxarova
20 Noyabr 2024 ABŞ Qəzza ilə bağlı bu qətnaməyə veto qoydu