“Pəncə-İldırım” əməliyyatı bölgəsindəki terror hücumunda bir türk əsgəri şəhid olub.
Axar.az xəbər verir ki, bununla bağlı Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlama verib.
“Terror təşkilatı üzvləri tərəfindən açılan atəş nəticəsində “Pəncə-İldırım” əməliyyatı bölgəsində qəhrəman silahdaşımız şəhid olub. İraqın şimalında, Metina ərazisində əsgərimiz Yasin Özdamarı şəhid edən 2 terrorçu qaçmağa macal tapmayıb və dərhal Hərbi Hava Qüvvələri tərəfindən zərərsizləşdirilib”, - açıqlamada bildirilib.