Hökumətin formalaşdırılması çətinliyi yoxdur. Seçkilər 2023-cü ildə keçiriləcək.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Siyasi və hüquqi məsələr üzrə müşaviri Hayati Yazıcı deyib.

“Türkiyənin növbədənkənar seçkilər keçirməsi üçün hər hansı səbəbi yoxdur. Hökumət fəaliyyətdədir, parlament işləyir. Yəni, növbədənkənar seçki ilə parlamentin strukturunun yenilənməsinə ehtiyac yoxdur. Seçkilər, inşallah, Konstitusiyada əksini tapdığı şəkildə, 2023-cü ildə baş tutacaq”, - deyə H.Yazıcı bildirib.

O, müxalifətin bu yöndə iddialarının əsassız və yalan olduğunu qeyd edib.

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 529 yoluxma halı qeydə alınıb, 13 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 282 789, xəstəlikdən ölənlərin sayı isə 3 798 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 273 930 nəfərin sağaldığı bildirilir.

İldönümünü yaşadığımız 2016-cı ilin dördgünlük aprel müharibəsinin Ermənistanda səbəb olduğu hakimiyyət dəyişikliyi, indi isə Vətən müharibəsindəki məğlubiyyətə görə istefaya gedəcəyini elan edən Paşinyanın və komandasının əleyhdarları onu Azərbaycanla işbirliyində, “Bakıya satılmaqda” ittiham edilər. Sıravi insanlar, həmçinin 17 müxalif partiyanı birləşdirən hərəkat liderləri, kilsə xadimləri və dünya erməniləri öz hökumət rəhbərlərini Türkiyənin və Azərbaycanın xeyrinə casusluqda suçlandırırlar. Ölkəmiz əleyhinə mövqeyi ilə tanınan Semyon Baqdasarov Rusiya ermənilərinin tribunası olan “Yerkramas” qəzetinə müsahibəsində deyir: ”Ermənistan dövlətinin sükanı arxasında 2006-cı ildən türklər tərəfindən casusluğa cəlb olunan adamlar əyləşib”. 10 noyabrda küçədə linç edilən parlament sədri Ararat Mirzoyan da “ikili agent” olmaqda, Ankara və Bakıya işləməkdə ittiham edirlər.

Axar.az xəbər verir ki, bunu parlamentin iclasında Komitə sədri Zahid Oruc deyib.

Onun sözlərinə görə, erməni xalqı özgə torpaqların əsirliyində qaldığını, ona sahiblənə bilməməyin acısını çəkir:

“Əgər İrəvanda hökumət binasında həqiqətən “türk, azərbaycanlı” əyləşibsə, onda min illər ərzində əldən-ələ keçən bir şəhərin adını dəyişib “Yerevan” qoymaqla onun qədim tarixini silmək, oranı siyasi paytaxta və milli dövlətçilik somvoluna çevirmək mümkün olmadığı göz qabağındadır! Ermənilər SSRİ yaranandan və dağılandan sonra azərbaycanlıların qədim şəhərində özlərinə siyasi mərkəz-dövlət binası tikə bilmədilər. Əvvəlcə Levon Ter-Petrosyanı, sonra digər prezidentləri nifrətlə hakimiyyətdən düşürməklərinin, indi isə Paşinyanı Mandela kimi qəbul edib Çauşesku kimi yola salmaq istəmələrinin başlıca səbəbi orada minillik azərbaycanlı irsinin mövcudluğudur. Xatırladaq ki, Sovet Ermənistanına rəhbərlik edən 14 birinci katibdən 6-sı repressiya edilərək güllələnib. Bu, Mirmehdi xandan, Hüseynəli xandan indiyədək azərbaycanlı rəhbərlərin yurdunda birinci şəxs ola bilməyən ermənilərin acı taleyini göstərir! Təkcə Karen Dəmirçiyan öz sələflərindən fərqli olaraq 70-80-ci illərdə Azərbaycanın və o zamankı Sovetlərin rəhbərlərindən olan Heydər Əliyevi İrəvanda, o torpağın əsil sahibinə göstərilməli olan ehtiramla, təzimlə qarşılamışdı və Bakı ilə düşmənçiliyin onlara gərək olmadığını dərk etmişdi. İndi Vətən müharibəsində Azərbaycanın qələbəsindən sonra Prezident İlham Əliyevin xarizması və nüfuzu İrəvanın üzərinə düşür və bunu ermənilər yaxşı görürlər. Halbuki, bizim ordumuz İrəvana yeriməyib, tank və toplarımız Zəngi çayını keçməyib, əvəzində ermənilər İrəvanın Azərbaycanın mənəvi paytaxtına çevrilməsindən dərin sarsıntı keçirirlər. Erməni lidelərlərinin İrəvanın Azərbaycanın həqiqi siyasi paytaxtına çevriləcəyi ilə öz cəmiyyətlərini qorxutması hakimiyyəti ələ almaq planının tərkib hissəsidir. Ona görə də hərbi çevriliş və vətəndaş müharibəsi qarşısında olan bir xalqın yeganə çıxış yolu bölgədə sülh və əməkdaşlıq üçün bizim “xoş gəlmisiniz” lövhəmizi Zəngəzur dəhlizinə asıb, azərbaycanlıların İrəvana dinc qayıdışına mane olmamasıdır!”

Ermənistanın keçmiş Prezidenti Serj Sarkisyan yaxın ətrafına erkən parlament seçkilərində Robert Koçaryanı dəstəkləməyəcəyini bildirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Joxovurd" qəzeti öz mənbələrinə istinadən məlumat verib.

Nəşr qeyd edir ki, Sarkisyan "Vətən" partiyasının lideri, Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyana dəstək olmaq niyyətindədir.

Üstəlik, Ermənistanın keçmiş liderlərinin son iclasında Sarkisyan Koçaryana seçki kampaniyası dövründə onu dəstəkləməyəcəyini açıq şəkildə bildirib.

"Mənbələrdən bizə məlum olduğu kimi, "Respublika" partiyasının tanınmış nümayəndələri Serj Sarkisyanın seçkilərə qatılmayacağı təqdirdə, Robert Koçaryanın rəhbərlik etdiyi siyahıya daxil olacaqlarını açıqlayıblar",- deyə qəzet qeyd edib.

"Joxovurd"  yazır ki, bu məlumatlar respublikaçıların arasındakı parçalanmanı göstərir. Belə ki, respublikaçıların bir hissəsi hərəkətlərini və planlarını açıq şəkildə müzakirə etməyən Serj Sarkisyandan narazılıqlarını bildiriblər.

Bu gün sosial mediada ifaçı Xatirə İslamın videosu yayımlanıb. Bu videoda ifaçı özünü Mübariz Mənsimovun müşaviri olaraq təqdim edən Sahil İmanov adlı şəxsi dələduzluqda ittiham edib. Xatirə İslam bildirib ki, Sahil İmanov adlı şəxs Mübariz Mənsimovun adından və nüfuzudan sui-istifadə edərək bir çox məşhur ifaçıdan pul alaraq onlara sosial mediada bir sıra xidmətlər göstərəcəyi barədə yalan vədlər verib.

Axar.az xəbər verir ki, bunu “Palmali” şirkətlər qrupunun mətbuat katibi Fidan Quliyeva deyib.

“Mübariz Mənsimovun heç bir zaman Sahil İmanov adlı media müşaviri olmayıb. Mübariz Mənsimovun media işlərini 10 ildən çoxdur ki, mən idarə edirəm. Mübariz Mənsimovun qanunsuz həbsindən sonra bu adamı tanımışam. Videobloger olduğunu bilirəm, amma nə şirkət, nə Mübariz Mənsimovun xanımı, nə də ailə ilə heç bir bağlantısı yoxdur. Müstəqil jurmalist kimi özünü təqdim edib. Dəyərli sənət adamlarımıza mürciət edərək bildirmək istəyirəm: “Palmali”nin nə ünvanı, nə də telefon nömrələri dəyişib. Rəsmi səhifələrimiz və nəhayət, şirkətin rəsmiləri var. Kimsə sizi dolandırmağa cəhd edirsə, bunu dəqiqləşdirmək o qədər də çətin deyil. Xahiş edirəm, belə hallarla qarşılaşsanız, bilavasitə mənimlə əlaqə saxlayın. Ümumilikdə, sosial mediada Mübariz Mənsimovun adını etiketləyərək əlaqəsi olmayan xəbərlərə rast gəlirik. Xəbərdarlıq edirik ki, rəsmi olmayan xəbərlərdə nə "Palmali" Holdinqin, nə də Mübariz Mənsimobun adı hallansın. Əks təqdirdə, hüquq-mühafizə orqanlarına müraciət edəcəyik”, - Quliyeva bildirib.

Qeyd edək ki, bu gün müğənni Xatirə İslam özünü Mübariz Mənsimovun köməkçisi, ailəsinin ən yaxın adamı kimi təqdim edən Sahil İmanov adlı şəxsin ona və bir neçə sənətçiyə qarşı dələduzluq etməsilə bağlı videomüraciət yayımlamışdı.

 

ABŞ İrəvana minalanmış ərazilərin xəritəsinin Azərbaycana təhvil verməsi üçün təzyiq edə bilər.

Axar.az xəbər verir ki, bunu ARB24-ün “Nə baş verir?” verilişində ABŞ Prezidenti Co Baydenin Prezident İlham Əliyevə göndərdiyi məktubu şərh edən politoloq Şəbnəm Həsənova qeyd edib.

O bildirib ki, Co Bayden Azərbaycana münasibətində sələfindən fərqli mövqe nümayiş etdirmir:

“Azərbaycanla ABŞ arasında münasibətlər yüksələn xətlə inkişafa davam edir. Sözügedən məktub (Baydenin İlham Əliyevə təbrik məktubu - red.) əslində Baydenin bu istiqamətdə olan arzusunu özündə ehtiva edir. Azərbaycan özü də Baydenin sələfinin dövründəki Azərbaycan deyil. Müharibə zamanı ABŞ KİV-ləri də qeyd edirdi ki, onların başı seçki prosesinə qarışdığı müddət ərzində Azərbaycan Cənubi Qafqazda öz reallığını yaradır və ərazi bütövlüyünü bərpa edir. Təbii ki, Bayden də yeni yaranmış geosiyasi reallığın fərqindədir.

Bundan başqa, ABŞ Prezidenti Azərbaycanla Ermənistan arasında barışığın təşkil olunması istiqamətində öz töhfəsini verə biləcəyini qeyd edir. Azad olunan ərazilərdə bərpa-quruculuq işlərinə başlasaq da, ərazilərin minalarla doldurulması bizə mane olur. Düşünürəm ki, bizə minalanmış ərazilərin xəritəsini vermədiyi üçün ABŞ-ın İrəvana bu istiqamətdə təzyiqi ola bilər. Çünki ABŞ yeni yaranan reallığı qəbul edir və bu məktubda onun sərgilədiyi mövqe 9 noyabr 2020-ci bəyanatı ilə üst-üstə düşür”.

ABŞ-la Azərbaycan arasında təhlükəsizlik baxımından böyük əməkdaşlıq mövcud olduğunu qeyd edən politoloq onu da bildirib ki, ABŞ Xəzər dənizində enerji imkanlarının inkişaf etdirilməsində son dərəcə maraqlıdır.

ABŞ Prezidenti Co Baydenin Prezident İlham Əliyevə məktub göndərməsi və ölkə başçısının şəxsində Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik etməsi hər şeydən öncə yeni ABŞ rəhbərliyinin ölkəmizə dost münasibətinin göstəricisidir.

Prezident Baydenin məktubunda ölkəmizlə əməkdaşlığa verilən önəm ondan xəbər verir ki, ABŞ rəhbərliyi bölgəmizdə faydalı qarşılıqlı əməkdaşlığın, eləcə də sülhün və təhlükəsizliyin təmin edilməsində Azərbaycanı vacib tərəfdaş hesab edir və bundan sonra da bütün istiqamətlərdə ölkəmizlə sıx əməkdaşlıq etmək niyyətindədir.

Prezident Baydenin öz məktubunda ifadə etdiyi fikirlər onu deməyə əsas verir ki, Ermənistan siyasi dairələri və erməni diasporu növbəti dəfə öz əsassız ümidlərində yanılıblar. Uzun bir dövr ərzində ABŞ-da şəbəkələnərək kök salmış və ABŞ Konqresinin bir sıra üzvülərinə ciddi təsir qüvvəsi əldə etmiş Amerikadakı erməni lobbisinin yeni ABŞ rəhbərliyi qarşısında diskreditasiya etmək cəhdləri iflasa uğrayıb. Co Baydenin Azərbaycan Prezidentinə göndərdiyi məktub bir daha göstərdi ki, ABŞ-ın Cənubi Qafqaz bölgəsində apardığı siyasət saxta faktlar əsasında uydurulmuş erməni demaqogiyasına yox, real siyasət zəminində praqmatik və uzaqgörən proqnozlara əsaslanır. Müasir beynəlxalq siyasətin qarşılıqlı faydalı, sülh və təhlükəsizlik prinsiplərinə əsaslanan əməkdaşlıq isə həm ABŞ-a, həm də Azərbaycana uzunmüddətli siyasi və iqtisadi dvidendlər vəd edir.

Ermənistan siyasi dairələri də nəhayət mövcud siyasi reallıqlardan çıxış etməli və bölgəmizdə sülhün və təhlükəsizliyin inkişafına tövhə verməyə tələsməlidir.

ABŞ Prezidenti Co Baydenin Novruz bayramı ilə əlaqədar cənab Prezidentə göndərdiyi təbrik məktubunun xüsusi əhəmiyyəti, çəkisi olduqca böyükdür. Bu, Azərbaycanın apardığı siyasətin, cənab Prezidentin gördüyü işlərin növbəti vacib, əhəmiyyətli bir uğurudur. ABŞ dünyanın ən aparıcı ölkələrindən biridir. Ona görə də bu ölkə ilə münasibətlər hər zaman diqqət mərkəzindədir.

Axar.az xəbər verir ki, bunu Teleqraf.com-a Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov deyib.

Onun fikrincə, Amerika siyasətində iki məsələyə ciddi fikir verilməlidir:

“İlk növbədə ABŞ-ın milli maraqları önəm kəsb edir. Digər tərəfdən isə ABŞ-da fəaliyyət göstərən erməni lobbisi və onun Amerikanın milli maraqlarına zidd fəaliyyətidir. Bu faktorları yaddan çıxarmaq olmaz. Bəzən insanlar bu iki məsələni qarışdırır. Bu məsələləri qarışdırmaq olmaz. ABŞ Azərbaycanın müstəqilliyinə ilk gündən dəstək verən ölkələrdəndir. İki ölkə arasında strateji əməkdaşlıq mövcuddur. O cümlədən Cənub Qaz Dəhlizi ilə bağlı da ABŞ-ın dəstəyi ortadadır”.

Səməd Seyidova görə, bu addım yalnız Azərbaycanın milli maraqlarının dəstəklənməsi deyil: “Eyni zamanda Azərbaycanla ABŞ-ın regionda, dünyada, Avropada milli maraqlarının üst-üstə düşməsidir. Ermənilər də məhz buna qarşı mübarizə aparırdı. Düşünürdülər ki, ABŞ Azərbaycanın milli maraqlarına o qədər də ciddi maraq göstərməz. Belə olduğu halda erməni lobbisi ABŞ-ın milli maraqlarına qarşı mübarizə aparmış olurdu. Aydın dərk etmək lazımdır ki. Demokratlar içərisində ermənipərəst qüvvələr həddindən artıq çoxdur. Onlar ciddi gücə malikdir. Konqresə Azərbaycanla bağlı göndərilən sənədlərin də müəllifi məhz erməni lobbisi idi. Hətta Konqresdə Azərbaycana, Türkiyəyə qarşı bu cür sənədlərə Adam Şifflər, Robert Menendeslər dəstək verirdi. Amma ABŞ-ı təmsil edən prezident hansısa bir partiyanın dəstəklədiyi şəxs deyil. O, bütün Amerikanı təmsil edir. Onun vəzifəsi ABŞ-ın milli maraqlarını qorumaqdır. Ona görə də, Novruz bayramı ilə əlaqədar Azərbaycan Prezidentinə göndərilən təbrik məktubu ölkəmizə qarşı olan qüvvələrə də böyük bir mesajdır. Onlar düşünməlidir ki, hətta Amerikanın daxilində onun maraqlarına qarşı çıxmağın da bir həddi var. Eyni zamanda bu o demək deyil ki, erməni lobbisi bundan sonra öz çirkin fəaliyyətindən əl çəkəcək. Bundan sonra da, Konqresdə hansısa bir müzakirələrin olması gözlənilir. Görünən odur ki, hansı siyasi qüvvə Ağ evə rəhbərlik edirsə, bu o qədər də önəmli deyil. Çünki Ağ evdə oturan Amerikanın milli maraqlarını təmsil etməlidir. Azərbaycan Prezidentinə göndərilən təbrik məktubu da Amarikanın real milli maraqlarını ehtiva edir”.

Deputatın fikrincə, ABŞ-dan Azərbaycana qarşı belə bir münasibət elə-belə yaranmayıb: “Özünə hörmət edən, milli maraqlarını müdafiə etmək iqtidarında olan, dünya ölkələri səviyyəsində özünü təsdiq edən bir xalq sözsüz ki, hörmətə layiqdir. Bu gün bu hörməti hətta erməni lobbisinin təsir imkanları güclü olan ABŞ-ın siyasi rəhbərliyindən də görməli olduq”.

Əfqanıstanda İŞİD və Əl-Qaidə kimi terror təşkilatları var və xarici qüvvələr geri çəkiləcəyi təqdirdə bu təşkilatlar ölkədəki siyasi quruluşu ələ keçirə bilər.

Axar.az xəbər verir ki, bu açıqlama ilə ABŞ-ın Əfqanıstan üzrə nümayəndəsi Con Sopko çıxış edib.

Sopko hesabatında ABŞ-ın 2002-ci ildə bu yana Əfqanıstanı yenidən inşa etmək üçün 143 milyard dollar xərclədiyini, bu məbləğin 62 faizinin əfqan ordusunun təlim və təchizatı üçün istifadə olunduğunu vurğulayıb:

"Ötən ilin 29 fevralında Dohada Talibanla ABŞ arasında imzalanan müqavilədən sonra gərginlik daha da artıb. Müqaviləni imzalayan dəstəkçilər geri çəkilərsə, heç bir qurum Əfqanıstanda bir neçə aydan çox fəaliyyət göstərə bilməz".