Avropa Şurasının prezidenti Şarl Mişel Gürcüstandakı böhranın həlli üçün yeni variant təklif edib.
Axar.az xəbər verir ki, yeni təklifə əsasən, Gürcüstanda növbədənkənar seçkilər 2022-ci ildə keçirilə bilər. Bununla belə növbədənkənar seçkinin keçirilməsi üçün 2021-ci ildəki yerli seçkidə hakim Gürcü Arzusu Partiyasının 43%-dən az səs toplaması gərəkdiyi vurğulanıb.
Qeyd edək ki, Gürcüstanda siyasi böhran artıq 6 aydır davam edir. Parlament seçkisindən narazı qalan müxalifət hələ də parlamentə daxil olmur və seçkinin yenidən keçirilməsini tələb edir.