ABŞ-ın sabiq prezidenti Donald Tramp ABŞ qoşunlarının Əfqanıstandan çəkilməsi ilə bağlı Co Bayden rəhbərliyinin addımını müsbət qarşılayıb.
Axar.az xəbər verir ki, bu barədə D.Tramp yazılı açıqlama yayıb.
“Əfqanıstandan çıxmaq çox gözəl və müsbət bir işdir. Mən qoşunların çıxarılmasını 1 may tarixinə planlaşdırmışdım. Prosesi mümkün qədər bu tarixə yaxın zamanda reallaşdırmalıyıq”, - Tramp qeyd edib.
Qeyd edək ki, D.Tramp ötən ilin fevralında Talibanla razılaşmada müəyyən şərtlər müqabilində 1 may 2021-ci il tarixinə qədər ABŞ qoşunlarının Əfqanıstandan çəkiləcəyi öhdəliyini üzərinə götürmüşdü.