Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1160 yoluxma halı qeydə alınıb, 20 nəfər ölüb.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 333 601, ölənlərin sayı isə 4 519 nəfərə çatıb. Virusa yoluxanlardan 313 651 nəfərin sağaldığı bildirilir.