Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın Baş nazir əvəzi Nikol Paşinyanın Rusiya lideri Vladimir Putinə hərbi yardım haqqında məktub göndərməsi ilə bağlı suala cavab verməkdə çətinlik çəkib.
Axar.az xəbər verir ki, Peskov yalnız hərbi dəstək məsələsinin ikitərəfli kontaktlar zamanı müzakirə edildiyini bildirib:
“Mən sizə məktubla bağlı dəqiq söz deyə bilmərəm, amma bütün bu məsələlər təbii olaraq, dəfələrlə ikili kontaktlarda müzakirə edilib”.
O, Rusiyanın Bakı və İrəvanla daimi əlaqədə olduğunu və gərginliyin azaldılması üçün çalışdığını, Prezident Putinin isə üçtərəfli razılaşmaların alternativsiz icrasının tərəfdarı olduğunu söyləyib.