İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 208 nəfər ölüb.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.
Bununla da İranda koronavirusdan ölənlərin sayı 79 056 nəfərə yüksəlib.
İranda ötən sutka ərzində 11 873 nəfər koronavirusa yoluxub və infeksiyaya yoluxanların ümumi sayı 2 855 396 nəfərə çatıb.