Rusiya lideri Vladimir Putinlə amerikalı həmkarı Co Bayden arasında keçiriləcək görüş Moskva ilə Vaşinqton arasındakı münasibətlərin yaxşılaşdırılması prosesinə töhfə verəcək.
Axar.az xəbər verir ki, bu açıqlama ilə rusiyalı senator Vladimir Cabarov çıxış edib.
"Görüş təkcə Rusiya və ABŞ üçün deyil, bütün dünya üçün vacibdir. Hamı gözləməkdən donub qaldı. Bəlkə də bütün problemləri həll edə bilməyəcək, ancaq münasibətlərimizdə bir inkişafa səbəb olacaq", - senator bildirib.
Qeyd edək ki, Baydenlə Putin arasında görüş iyunun 16-da Cenevrədə keçiriləcək.