“Ryaneyr” aviaşirkətinin təyyarəsində partlayış təhdidi məlumatı bizə İsveçrədən daxil olub.
Axar.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Konstitusiya Komissiyasının üzvləriylə görüşü zamanı deyib. O, məlumatın İsveçrədən Polşa İP ünvanıyla daxil olduğunu bildirib:
“Bizi daxildə və xaricdə sevməyənlər dövlətə hücuma başladılar. Onlar çoxlu qırmızı xətləri tapdaladılar, sağlam məntiq və insan əxlaqının sərhədlərini keçdilər. Mən insanları qoruyaraq, bütün beynəlxalq hüquqa uyğun hərəkət etdim”.