Son xəbərlər


"Ermənistan Azərbaycanın ərazi bütövlüyünü sözlü bəyanatlarla tanıdığını artıq dəfələrlə bildirib. Hətta Paşinyanın son bəyanatında Azərbaycanın təklif etdiyi beş prinsipdən üçünü qəbul etməsini bildirməsi də qarşılıqlı olaraq ərazi bütövlüyünün tanınması məsələsini gündəmə gətirir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Aytən Qurbanova deyib.

Politoloq sözlərinə davam edərək bildirib ki, bu “qaçqın” şousu əslində ərazi bütövlüyü ilə bağlı verilən şifahi bəyanatların əməli addımlarla müşayiət olunmadığı təqdirdə heç bir önəm daşımadığının da bariz nümunəsidir: "Çünki bir tərəfdən ərazi bütövlüyünü tanıyıb, digər tərəfdən Azərbaycanı “etnik təmizləmədə” günahlandıraraq yeni təzyiq mexanizmi yaratmaq cəhdləri heç bir halda regionda sülh və sabitliyə töhfə verə biləcək addımlar olaraq qiymətləndirilə bilməz.

Digər tərəfdən, Qarabağın erməni əsilli sakinlərinə “qaçqın” statusu verilməsinin əsas məqsədi də heç şübhəsiz ki, beynəlxalq ictimaiyyətin diqqətini çəkərək maliyyə dəstəyi qazanmaqdır. Amma diqqətdən qaçırdıqları əsas məqam odur ki, Azərbaycan əleyhinə atdıqları hər bir əsassız addımla bir daha Qarabağın Azərbaycan torpağı olması faktını təsdiqləmiş olurlar".

Kənd Təsərrüfatı Nazirliyi və "Azərbaycan Arıçılar Assosiasiyası" İctimai Birliyinin birgə təşkilatçılığı ilə bu il oktyabrın 2-22-də Bakıda keçirilmiş arıçılıq məhsullarının 23-cü Respublika Sərgi-Satış Yarmarkasına 95 tondan çox arıçılıq məhsulu çıxarılıb və bunun 62 tondan çoxu və yaxud təxminən 65 %-i satılıb.

Ardını oxu...

Xəbər verdiyimiz kimi, oktyabrın 24-də Binə qəsəbəsində yerləşən 88, 117, 121 və 149 nömrəli tam orta məktəblərdə təhsil alan 20 şagirddə müxtəlif vaxtlarda qida mənşəli narahatlıq və ürəkbulanma əlamətlərinin müşahidə edilməsi haqqında məlumat daxil olub. Qeyd olunan təhsil müəssisələrinin müxtəlif siniflərində təhsil alan şagirdlərlə bağlı onların valideynləri (bir neçə şagirddə narahatlıq evdə müşahidə olunub), məktəblərin rəhbərliyi və "Məktəblinin dostu" layihəsinin əməkdaşları tərəfindən dərhal təcili-tibbi yardıma müraciət olunub. İlkin tibbi yardım göstərildikdən sonra şagirdlər müvafiq səhiyyə müəssisəsinə yerləşdirilib. Onlar müvafiq müayinə və müalicə proseduruna cəlb olunub. Məktəblərin rəhbərliyi tərəfindən aidiyyəti dövlət qurumlarına və məktəbdə halı pisləşən şagirdlərin valideynlərinə də məlumat verilib. Şagirdlər dərsə gələrkən və məktəbdən evə gedərkən Binə qəsəbəsi ərazisində fəaliyyət göstərən iaşə xidməti məkanlarından birindən dönər alıb yediklərini bildiriblər. Bəs, bu dönərxanalarla necə mübarizə aparılmalıdır? Onların qarşısı necə alınmalıdır? SİA mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov və qida üzrə baş mütəxəssis Ağa Salamovun fikirlərini öyrənib.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov: "Dönərxanalar cəmiyyətin bəlası olmaqda davam edir. Mən AQTA-da iki il İctimai Şuranın üzvü olaraq dəfələrlə rəhbərlik qarşısında məsələ qaldırdım ki, dönərxanalarla bağlı bir iş görək, monitorinq aparaq, burada şəffaflıq təmin edək və əgər lazım olsa, köməkləşib nümunəvi dönərxanalar yaradıb onu təbliğ edək ki, digər dönərxanalar sıradan çıxsın. İstehlakçı hüquqları arxa planda qalıb. Belə bir vəziyyətdə dönərxanalar xüsusilə gənclərin zəhərlənmə mənbəyidir.

Vaxtaşırı DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi regionlarda at, eşşək və murdar heyvan ətlərinin Bakıya daşınması ilə bağlı işlər görür. Müşahidə etsəniz, bir çox dönərxanalarda yalançı kağızlar asılıb. Yəni, guya bu ətlərin mənbəyi məlumdur. Onlar qanuni dönər hazırlayan yerlərdən bir dəfə mal alıb həmin bu kağızı oradan asırlar. Heç kəs də sübut edə bilməz ki, o kağız bu bişən dönərlərə aiddir.

Dönərlərin insanları zəhərləmə amillərindən biri də təkcə dönərin hazırlandığı quş və mal ətinin mənbəyi deyil, eləcə də dönərin özünün hazırlanmasındakı sərt texnologiyadır. Yəni, dönərin üst tərəfi qaşınır, bişmiş olur. İçərisinə isə təzə-təzə istilik keçir. Heyvan bədənində olan bütün xəstəliklər həmin təzə istilik keçən mərkəzdən şiş üzrə axıb aşağıdakı qaba tökülür. Dönərçi isə üstdən kəsdiyi qızarmış əti həmin suya qarışdırıb istehlakçıya təqdim edir. Bütün heyvan xəstəlikləri insana buradan keçir. Ona görə də dönərlərin hazırlamasında ayrıca bir texnologiya var.

Ölkədə dönərləri qanuni yolla hazırlayan iki müəssisə mövcuddur. Bunlar "Səhliyalı" və "AzProtein Foods Group" şirkətləridir. Onlara bu barədə icazə verilib. Çünki onlarda dönər hazırlamaq üçün xüsusi bahalı aparatlar var. Burada dönərlər hazırlanır, şişlənir və xüsusi qablaşmada maşınlarda dönərxanalara gətirilir. Azərbaycandakı dönərxanaların 0,5 faizi belə buradan dönər almır. Bu işlərin montorinqi aparılmalıdır.

 

Biz AQTA-nın saytına baxsaq görərik ki, Azərbaycanda qida zəhərlənmənin statistikası ümumdünya göstəricisindən 700 dəfə az göstərilir. Bunlar niyə gizlədilir? Nə üçün zəhərlənən şagirdlərə və onlara kompensasiya verilmir? Dövlət orqanları bu barədə bir addım belə atmaq istəmirlər. Yaxşı ki, KİV-lər var və bu məsələləri gündəmə gətirirlər. Bütün bunlarla mübarizə aparılmalı və belə dönərxanaların fəaliyyətinin qarşısı alınmalıdır".

Qida üzrə baş mütəxəssis Ağa Salamov: "Qida zəhərlənmələri mikrobioloji çirklənmədən əmələ gəlir. Bu da ətin və ət məhsullarının soyuq qida zəncirində qırılması nəticəsində baş verir. Yəni, ətin daşınması, saxlanması, emalı və təqdimatı düzgün şəkildə olmadıqda qida zəhərlənməsi halları baş verir. Bu da ucuz dönər və ucuz kabab seti kimi məhsullardan qaynaqlanır. Məsələn, 1 manat 50 qəpiklik dönərlər var ki, mənşəyi bəlli deyil. Çünki elə pomidorun kilosu 4-5 manatdır. Sən bu dönəri necə 1.50 AZN-a sata bilərsən? Bəs, bu adamlar nə qazanır? Deməli bunların ətlərinin mənşəyi bəlli deyil.

Zəhərlənmə halları çox vaxt toyuq dönərindən baş verir. Ət dönərindən zəhərlənmə nadir hallarda olur. Çünki ət bahadır və bir çox insan toyuq dönərinə üstünlük verir. Ona görə də əmtəə nişanı olan yerlərdən dönər almaq lazımdır. Hər yol qırağında satılan dönəri alıb yemək olmaz. Çünki günəş şüaları altında olan mayonez və ət dönəri ağırlaşdırır. Bu zaman da çirklənmə baş verir. Bunu qəbul edən və immun sistemi zəif olan hər kəs zəhərlənir".


Ağstafada əhaliyə göstərilən tibbi və digər xidmət sahələrindəki mövcud şərait növbəti dəfə yerində araşdırılıb.
Ağstafa RİH başçısı Seymur Orucov rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və aidiyyəti üzrə məsul şəxsləri ilə birlikdə Ağstafa Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin xəstəxana və poliklinika şöbəsindəki mövcud şəraitə diqqət yetirib, rayon mərkəzində yerləşən ticarət, xidmət və ictimai-iaşə obyektlərinə baxış keçirib. Son vaxtlar ölkəmizin nəqliyyat sahəsində əhalinin daha çox yararlandığı sürət qatarlarının əsas təyinat nöqtələrindən olan Ağstafa Dəmiryol Vağzalının rəhbərliyi ilə söhbət aparılaraq müvafiq tövsiyələr verilib.









Ağstafa RİH başçısı Seymur Orucov - Azərbaycan xalqı xoşbəxt və qürurlu anlarını yaşayır. Oktyabrın 15-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə Azərbaycan Bayrağını ucaltması illərdir arzuladığımız anı reallığa çevirdi. Hər zaman bu arzunu ifadə edirdik. Üçrəngli bayrağımızın Şuşada, Xankəndidə dalğalacağı gün uzaqda deyil.

Həmin an yetişdi. Cənab İlham Əliyev böyük qürur hissi ilə Azərbaycan Bayrağını Xankəndidə ucaltdı və buradan xalqa müraciət etdi. Üç il bundan öncə isə Qarabağın tacı, mədəniyyət paytaxtımız Şuşanın işğaldan azad edilməsi ilə Ermənistan silahlı qüvvələri diz çökdü. İki gün sonra Ermənistanın kapitulyasiyasını, Azərbaycanın hərbi-siyasi Qələbəsini təsdiqləyən üçtərəfli Bəyanat imzalandı. Müzəffər Ali Baş Komandan Şəhidlər xiyabanından xalqa müraciət edərkən ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss etdiyini bildirdi. Bu məqamı da qürurla vurğuladı ki, əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz səni dirçəldəcəyik!
Laçın müəllim: Təkmil dirçəliş modeli
Son üç il ölkəmizin həyatında mühüm tarixi məqamlarla zəngindir. Bu ilin sentyabr ayının 19-da cəmi 23 saat davam edən antiterror tədbirləri nəticəsində suverenliyimiz tam təmin olundu. Sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra separatçılardan təmizlənən əzəli torpaqlarımızda Azərbaycan Bayrağının ucaldılması bir daha Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajdır ki, bu torpaqların sahibi Azərbaycan xalqıdır. Xalqımız burada əbədi olacaq. Bu reallıqları dövlət başçısı İlham Əliyev Xənkəndindən xalqa müraciətində qeyd edərək belə bir çağırışı da səsləndirdi: “Mən nəyi demişəmsə, onu da etmişəm, bunu hər kəs bilir, o cümlədən Ermənistanda da bunu bilirlər və bunu unutmasınlar. Vətən müharibəsini unutmasınlar! Antiterror tədbirlərini unutmasınlar! Əgər yenə də Ermənistanda hansısa qüvvə revanş haqqında düşünürsə, bax bu kadrlara yaxşı baxsın.”
Laçın müəllim: Təkmil dirçəliş modeli
Cənab İlham Əliyevin vurğuladığı kimi, təkcə Azərbaycan vətəndaşları yox, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə, dövlətimizlə haqlı olaraq fəxr edir. Bu gün burada olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır, övladıdır. Elə bir gənc nəsil yetişdirildi ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi. Bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik. Azərbaycan xalqı şəhidlərimizə əbədi borcludur.

Ölkə Prezidenti həmin müraciətində bir daha diqqəti işğal dövründə Azərbaycanın məsələnin sülh danışıqları əsasında həlli istiqamətində göstərdiyi səylərə, Ermənistanın isə danışıqlar prosesinə imitasiya naminə qatılmasına yönəltdi. Bildirdi ki, vasitəçilər də məsələni dondurmaq istəyirdilər. 2020-ci ilin 27 sentyabr tarixində Azərbaycan ərazilərini müxtəlif istiqamətlərdən raket atəşinə tutan Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun belə əks-hücum əməliyyatı ilə üzləşib, 44 gündə tarixdə heç vaxt unuda bilməyəcəkləri dərsi alacaqlarını düşünmürdülər.

Artıq dövlətimizin, xalqımızın səbir kasası dolmuşdur. Müzəffər Ali Baş Komandanın “Hücum!” əmrini böyük ruh yüksəkliyi ilə qəbul edən Azərbaycan əsgəri 44 günün hər gününü tariximizə zəfər səhifəsi kimi yazdı. Bu gün böyük qürur hissi ilə həmin tarixləri qeyd edir, tarixi sahibinə qovuşan torpaqlarımızda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərindən danışırıq.

17 oktyabrda Füzuli Şəhəri Gününü qeyd etdik. Dövlət başçısı İlham Əliyevin oktyabrın 15-də azad edilmiş ərazilərimizə səfərləri sırasında Füzuli də var idi. Oktyabrın 16-da Füzuli rayonunda bir sıra sosial obyektlərin təməlqoyma mərasimlərində iştirak edən dövlət başçısı İlham Əliyev oktyabrın 17-də Füzuli Şəhəri Günündə bura köçmüş sakinlərlə və rayon ictimaiyyəti nümayəndələri ilə görüşdü.

Cənab İlham Əliyev daim çıxışlarında bu mühüm məqamı qeyd edir ki, Füzuli şəhərinin azad edilməsi bizə əlavə mənəvi güc verdi. Uğurlu əməliyyatlarımız məhz Füzuli rayonundan başlamışdır.

Dövlət başçısı füzulilərlə görüşündə bu xoş anı belə dəyərləndirdi: “Necə də gözəl bir gündür. Siz mənə “Xoş gəlmisiniz!” deyirsiniz. Mən işğal dövründə həm füzulililərlə, həm digər rayonlardan olan keçmiş köçkünlərlə görüşlərdə dəfələrlə deyirdim ki, gün gələcək, siz mənə “Xoş gəlmisiniz!” deyəcəksiniz və bu gün gəldi. Bu gün Füzulidə bayram günüdür, şəhər günüdür və eyni zamanda, Füzuli şəhərinin işğaldan azad olunmasının üçüncü ildönümüdür.”

Son üç il işğaldan azad edilmiş ərazilərimizin bərpası dövrü kimi xarakterizə edilir. Genişmiqyaslı bərpa işləri Böyük Qayıdış Proqramının tezliklə başa çatacağına əminliyi artırır. Azərbaycan qurucu xalq olduğunu təkmil dirçəliş modeli ilə bir daha təsdiqləyir.

 

 
Ukrayna ilə bağlı güzəştlərə nail olmaq üçün uğursuz cəhdlə əksər Avropa ölkələrinə qaz tədarükünü kəsməklə Rusiya uzun müddət qlobal qaz bazarındakı payını itirib.

Ardını oxu...

Tovuz rayonu, Pələkli kənd sakini, şəhid anası Əliyeva Kübrə Qulu qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə müraciət edən şəhid anasının məktubunu olduğu kimi dərc edirik:

"Cənab Prezident!

Mən, Əliyeva Kübrə Qulu qızı, yazaraq diqqətinizə çatdırmaq istəyirəm ki, oğlum Əliyev Aqil Faiq oğlu 44 günlük Vətən müharibəsində Şəhid olub.

Mən hazırda ucqar kənddə acınacaqlı şəraitdə yaşayıram. Himayəmdə 2 qüsurlu övladım var. Yaşadığım evdə müvəqqəti çöldə qalmamaq üçün yaşayıram.

Sizdən xahiş edirəm ki, şəhid balama və 2 qüsurlü övladlarıma xatir məni evlə təmin edəsiniz.

Evdə qaz yoxdur, aldığım təqaüd odun xərcini və xəstə övladlarımın iynə-dərmanını ancaq görür.

Qeyd edim ki, oğlum Əliyev Aqil 1999-cu il, yanvarın 10-da Tovuz rayonunun Pələkli kəndində anadan olub. 2005-ci ilin sentyabrında Pələkli kəndində Şəhid Rəhmanov Vaqif adına tam orta məktəbinə daxil olmuşdur. Atası Əliyev Faiq Çərkəz oğlu 2001-ci il avqustun 1-də uzun müddət sürən xərçəng xəstəlyindən dünyasını dəyişib.

Aqil 1 yaşından atasız böyüyüb. Uşaqlarımı tək böyüdüb, boya- başa çatdırmışam. Aqilin ən böyük arzusu futbolçu olmaq idi, lakin imkanımız yaxşı olmadığından onu bu arzusuna çatdıra bilmədik. Daha sonra hərbçi olmaq istədiyini bildirdi, bu səbəblə də 2017-ci il yanvarın 11-də həqiqi hərbi çağrışı ilə hərbiyə yollandı.

9 noyabr 2017-ci ildə hərbi hissə komandiri, polkovnik-leytenant Vilayət Quliyev tərəfindən dəfələrə "Fəxri Fərman”la təltif olunub.

2020-ci il yanvarın 21-də Mingəçevirdə kursa yollanmışdır. 17 martda doğma yurdu olan Tovuza qayıtmışdır.

Aprelin 14-dən etibarən N nömrəli hərbi hissədə qulluq edib. Tovuz döyüşlərində qəhramanlıqlar göstərmişdir. 15.10.2020-ci il tarixində Suqovuşan, Talış ərazisində gedən döyüşlərdə 21 yaşında qəhrəmancasına Şəhidlik zirvəsinə ucalmışdır.

Oğlum subay idi. Onun qəlbi daim Vətən eşqi ilə döyünürdü. O, hər dəfə Dağlıq Qarabağ işğalı barədə söz düşəndə "biz uduzan xalq deyilik " deyərək, qətiyyətli vətənpərvər mövqeyindən bir addım da geri çəkilmirdi.

Aqil Əliyev ölümündən sonra “Vətən uğurunda”, “Cəsur döyüşcü”, “İgidliyə görə”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Cənab Prezident!

Sizdən xahiş edirəm ki, mənim bu müraciətimi cavabsız qoymayın”.

Fransanın Ermənistanı silahlandırmasının əsl səbəbi bilindi

Ermənistan yenə silahlanır, bu dəfə Fransanın dəstəyi ilə. Məqsəd nədir, əvəzçıxma, yoxsa Fransanın arzularını gerçəkləşdirmək? Rusiyanın Cənubi Qafqazdan çıxarılması planı hələ də işlək vəziyyətdədir. Yeni koloniyalar yaratmaq, ərazilər ələ keçirmək, Fransanın əzəli siyasətini davam etdirmək rəsmi Parisin böyük planına daxildir. Görəsən, uzun illər Ermənistanda kök atmış Rusiyanı əraziləri tərk etməyə kimsə məcbur edə biləcəkmi? Bəli, Ermənistanın BMT tərəfindən tanınmış, amma Azərbaycanın rəsmi olaraq hələlik tanımadığı inzibati ərazisi var və Rusiya hərbi kontingentini çıxarmaqda sərbəstdir. Amma…

Məsələ burasındadır ki, Ermənistan de-yure bunu edə bilməz. Çünki Rusiya ilə 49 illik müqaviləsi var. Sənədə əsasən, Rusiyanın hərbi bazasından qarşılıqlı razılaşmalar Kollektiv Təhlükəsizlik Paktının 15 may 1992-ci il tarixli sazişi, Rusiya və Ermənistanın müdafiə nazirlikləri arasında “Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardıma” dair 29 avqust 1997-ci il tarixli sazişi, həmçinin iki ölkənin qanunvericilik aktlarının əsasında istifadə olunması nəzərdə tutulur. Protokolda bildirilir ki, müqavilə 49 illiyə bağlanır. Lakin bu müddətdən sonra tərəflərdən heç biri saziş müddətinin bitməsinə altı ay qalmışadək yeni mövqe nümayiş etdirməzsə, müqavilənin müddəti avtomatik olaraq 5 il uzadılır. Protokolları hər iki tərəf ratifikasiya edib. Belə şərtlər daxilində kimsə Rusiyanı Ermənistandan çıxara bilərmi? Qanun da, müqavilə də Fransanın, Qərbin arzu və istəyinin əlehinədir. Bir yol qalır, Rusiyanın Gümrüdə və Erebuni hava limanındakı bazalarını və FTX-nin sərhəd qoşunlarını zorla çıxarmaq, müharibə etmək.

…Bu arada Ermənistanın müdafiə naziri Suren Papikyan fransız həmkarı Sebastyan Lekornunun dəvəti ilə Fransaya səfərə gedib. Səfər zamanı Ermənistan və Fransa arasında hərbi təchizatla bağlı müqavilə imzalayacağını gözlənilir. Cənubi Qafqazda maraqlarını İrəvan üzərindən diktə etməyə çalışan Fransanın ilkin hədəfi Rusiyanı Ermənistandan sıxışdırmaqdır. Bu məqsədlə Rusiyanın Ermənistanın “təhlükəsizliyinin təmin edilməsi”ndəki rolunu almaq istəyir. Paşinyanın Strarburqda son çıxışı da o deməkdir ki, Ermənistan “təhlükəsizlik müttəfiqlərini” dəyişmək niyyətindədir. Lakin bu necə baş verəcək, Ermənistan Rusiyadan və KTMT-dən necə imtina edəcək?

44 günlük müharibədən sonra rəsmi İrəvan “bəhanə” toplamaqla məşğuldur. Ermənistan hakimiyyətinin KTMT-dən çıxmaq – Rusiyadan imtina etməsi üçün daha ciddi hadisə baş verməlidir. Bunun üçün Moskvanı “fakt qarşısında” qoymaq lazımdır. Bura daxili ictimai rəy və ictimai dəstək də əlavə edilməlidir. Məsələn, Ermənistan-Azərbaycan sərhədində növbəti və qanlı eskalasiya da Rusiyanın hərbi mövcudluğunu sonlandıra bilər. Ssenaridə İrəvanın Rusiya və KTMT-yə qarşı ittihamlarını yeniləmək kimi addımlar da yer alıb.

Fransanın Ermənistana verdiyi silahların Azərbaycana tuşlanacağı, sərhəd toqquşmasında istifadə ediləcəyi bəllidir. Erməni separatizminin ləğvindən sonra Qərbdə “Azərbaycanın Ermənistana hücum hazırlığı” haqda aparılan siyasi-informasiya kampaniyası da bu kontekstdə təsadüfi deyil. Ermənistandan Rusiyaya qarşı yeni cəbhə açmaq planı qüvvədədir.

Fransanın Ermənistana hücum silahları da satacağı artıq gizliliyini itirir. Paris hesab edir ki, Azərbaycan ordusu Qarabağdan sonra Qərbi Zəngəzura istiqamətlənəcək və bu məqsədlə Ermənistanın müdafiəsini gücləndirmək lazımdır. Başqa ölkələrdə də fransızlar kimi düşünənlər var.

Fransanın qorxulu yuxusu - ərəb payızı

Fransa Afrikadan qovulur. “Qara qitə”dən Parisə ünvanlanan əksər xəbərlər mənfi yüklüdür. HƏMAS yaraqlılarının İsrailə qarşı qanlı basqını da bir tərəfdən Fransada gərginliyi artırıb. Arrasda məktəbə hücum, fələstinlilərə dəstək nümayişləri üçün əvvəlcə qadağan edilmiş, sonra icazə verilmiş nümayişlər, islamçılara nəzarətin gücləndirilməsi, solçu düşərgədə ixtilaf və parçalanma, yalançı mina xəbərdarlığı səbəbiylə məktəblərin, muzeylərin və hava limanlarının davamlı olaraq bağlanması “oktyabr hadisələri”nin kiçik bir hissəsidir. Fransada HƏMAS silahlıları tərəfindən İsrail ərazisində əsir götürülən girovların taleyindən danışmağa davam edirlər. Terrorçuların vəhşiliyinin səbəb olduğu anlaşılan hiddətlə yanaşı, ölkənin maraqlarına birbaşa toxunulur. Fransanın onsuz da ayaqlar altında qalan qüruru bir daha alçaldılır.
Öldürülən Fransa vətəndaşlarının sayı 30-a çatıb və 7 nəfərin girov götürüldüyü ehtimal edilir. Onların qohumları yaxınlarının xilası üçün Fransa prezidenti Emmanuel Makrona müraciət edib və prezident buna cavab olaraq həmvətənlərinin “sağ və sağlam” qayıtması üçün əlindən gələni edəcəyinə söz verib. Aydındır ki, Fransa Qəzza zolağında öz xüsusi təyinatlılarından istifadə etmək niyyətində deyil, onun bölmələrindən biri dəqiq olaraq girovları azad etmək niyyətindədir, amma bu əməliyyatın sonu barədə nikbin düşünənlər az olduğu kimi, Fransanın imicinə nə qədər ziyan vurulacağı da hesaba alınmalıdır. HƏMAS rəhbərliyi onların taleyi ilə bağlı danışıqlardan maksimum fayda əldə etməyə çalışacaq, çünki əsirlərin həyatı və ölümü indi onun əlindədir.

Fransada Daxili İşlər Nazirliyi tərəfindən qadağan edilən və buna görə də dağıdılan Fələstin tərəfdarının nümayişlərin keçirilməsinə bir neçə cəhddən sonra, nəhayət, onlardan biri Parisdə qanuni şəkildə keçirilə bildi. Oktyabrın 19-u axşam məhkəmə “xüsusi zorakılıq riski” görmədiyi üçün nümayişə icazə verdi və artıq su şırnaqlarının altında qalmağa hazırlaşan nümayişçilər Respublika meydanında qala bildilər. Deməli, hakimiyyətin fikrinə diametral şəkildə zidd olan münaqişəyə öz münasibətini bildirirlər.

 

HƏMAS-ı qınamaq istəməməsi və yalnız Fələstin xalqının “azadlıq mübarizəsi” haqqında danışmaq cəhdi, görünür, parlament koalisiyasında ifrat solçu Fransa Müxalif (LFI) birliyinin liderlərinə baha başa gəlib. Jan-Lyuk Melenxon tərəfindən yığılmış solçu siyasi blok NUPES dağılmaq riski altındadır. Onsuz da kommunistlər, sosialistlər və yaşıllar onu tərk etməkdən danışırlar.

Fələstinlilərin 1980-ci illərdəki partlayış və atışma vaxtlarının Parisə qayıdacağına dair qorxular indiyə qədər özünü doğrultmayıb. Peşəkar terrorizm indi Yaxın Şərqə yönəlib. Ancaq kənar göstərişlər olmadan belə hərəkətə keçməyi bacaran təhlükəli “tənha canavarların” sayı artır. Fransa Daxili İşlər Nazirliyi antisemitizm xarakterli hərəkətlərin hesabını aparır və onların sayı getdikcə artır. Rusiya Federasiyasından olan mühacirlərin adları kriminal xronikada yer alıb. Oktyabrın 13-də Arras şəhərində 20 yaşlı inquşiyalı Məhəmməd Moquşkov vaxtilə oxuduğu məktəbdə müəllimini öldürüb və sonda dəmir barmaqlıqlar arxasına düşüb.

Oktyabrın 20-də Strasburqda 15 yaşlı çeçen yeniyetmə də saxlanılıb, o, təbii ki, bununla pis bir söz demək istəməyərək şəhər sinaqoqunun hasarında bıçaq itiləyib. Həmin gün terrorçu tərəfindən öldürülən, ölümündən sonra Fəxri Legion ordeni ilə təltif edilmiş 57 yaşlı müəllim Dominik Bernardın izdihamlı dəfn mərasimində onlar da üç il əvvəl müəllim Samuel Patinin 19 yaşlı çeçen Abdulla Anzorov tərəfindən necə öldürüldüyünü xatırladılar.

Ölkə Rusiya Federasiyasından islamçıların ixracının təhlükəsindən danışmağa başlayıb və daxili işlər naziri Gerald Darmanin hətta Fransa üçün təhlükə yaradanları Rusiyaya qovacağına söz verib. O bildirib ki, Şimali Qafqazdan olan 60 təhlükəli mühacir artıq həbsdədir və müvafiq olaraq azadlığa buraxıldıqdan sonra deportasiya olunacaqlar. Nazirin istəyi başa düşülən olsa da, həyata keçirilməsi çətindir. Mühacirlərin Fransadan qovulması üçün onların vətəni, indiki halda Rusiya onları qəbul etməyə razı olmalıdır. Rusiya-Ukrayna müharibəsinin başlanması ilə nəinki Rusiya Federasiyasına deportasiya dayandırılıb, Rusiya hakimiyyətinin bununla razılaşacağını təsəvvür etmək çətindir. Baxmayaraq ki, prezident Makron daxili işlər naziri Darmaninə bununla bağlı danışıqlar aparmaq səlahiyyətini verib. Sonuncu dəfə Samuel Patinin öldürülməsindən sonra eyni tədbirləri görmək istəsələr də heç bir razılıq əldə olunmayıb. Buna baxmayaraq, söhbət yenidən başlayır.

Sağ və ifrat sağçılar uzun müddətdir ki, siyahıdakı bütün əcnəbilərin kütləvi şəkildə ölkədən çıxarılmasını təklif ediblər. Belə bir tədbir ilk baxışdan məntiqli görünsə də, onun həyata keçirilməsində təkcə potensial terrorçuların Fransaya gəldiyi ölkələrin razılığı deyil, bir sıra problemlər yaradır. Siyahı əsasən xüsusi xidmətlər tərəfindən doldurulur, ona daxil edilmə məhkəmənin qərarı ilə deyil, dəqiq və ya olmayan kəşfiyyat məlumatlarının miqdarına dair idarə göstərişləri ilə baş verir. Siyahıda islamçılar və ağ supremasistlər, radikalları dəstəkləyən iş adamları, qara blokdan olan küçə xuliqanları, hətta dost olmayan ölkələrin jurnalistləri də var. Buna görə də, siyahıya əlavə olaraq, radikallaşmaya, o cümlədən terrorizmə meylli insanları təyin edən FSPRT etiketi də təqdim edilib. Daxili İşlər Nazirliyinin məlumatına görə, Fransada hazırda bu siyahıda 20120 nəfər, potensial terrorçuların bütöv bir bölməsi var və onlardan yalnız 4263 nəfəri əcnəbidir.

Oktyabr Fransa üçün həm də “telefon terrorizmi”nin artması ilə yadda qalıb. Gün keçmir ki, məktəblər, hava limanları və Luvr və Versal Sarayı da daxil olmaqla Fransanın böyük muzeyləri mədənçiliklə bağlı mesajlar almasınlar.

Şənbə günü, oktyabrın 21-də Versalda son həftədə altıncı dəfə daha bir evakuasiya həyata keçirilib. Fransa hava limanları da fəaliyyətini dayandırmağa məcbur olub. Dəfələrlə məktəblər bağlanıb. Prankerlər, əksər hallarda yetkinlik yaşına çatmayanlar tutulur və getdikcə daha çox təkcə “dezinformatorlar” deyil, terrorun ortaqları hesab olunurlar. Həyəcan siqnalları isə ara vermir.

Fransa Ermənistana silah tədarükü görməyə hazırlaşır. Silah nə vaxtsa partlamalıdır, gerçəkliyini də unutmaq olmaz. Silahlar Cənubi Qafqaza, daha doğrusu Ermənistana gəldimi, onun işə düşəcəyini də gözləmək olar. Fransanın Müdafiə Nazirliyi bu silahların müdafiə xarakterli olduğunu deyir, amma ondan həm də hücum niyyəti ilə istifadə oluna biləcəyindən danışmır. Adını nə qoyurlarsa qoysunlar, Fransanın Cənubi Qafqazla bağlı siyasətindən müharibə qoxusu gəlir. Ermənistan necə, bu hadisələrə hazırdırmı?