Bu ilin ilk rübündə dövlət büdcəsindən sosial müdafiə və sosial təminata proqnoz ilə müqayisədə 40 faiz daha çox vəsait ayrılıb.

Belə ki, bu dövr üçün 777 milyon manatın ayrılması nəzərdə tutulsa da, faktiki 1 milyard 84 milyon xərclənib. Sosial istiqamətlərə daha çox vəsaitin ayrılması maaş, müavinət və digər sosial ödənişlərin yenidən artırıla bilməsi imkanları ilə bağlı sualları daha da aktuallaşdırıb.

Axar.az xəbər verir ki. bu barədə millət vəkili Vüqar Bayramov qeyd edib.

“Qeyd edək ki, 2024-cü ilin büdcə xərclərinin 40, cari xərclərin 70 faizi sosial yönümlüdür. Bu isə 2024-cü ildə də sosial təminatın prioritetliyini qoruyub saxladığından xəbər verir. Son 5 ildə daha da dərinləşən sosial paket nəticəsində həmin dövrdə minimum əmək haqqı 2.8 dəfə, orta aylıq maaş isə 80 faiz artıb. Sosial istiqamətə nəzərdə tutulan vəsaitin daha da artırılması büdcəyə yenidən baxılması nəticəsində mümkün ola bilər.

Xatırladaq ki, “Büdcə sistemi haqqında” Qanuna əsasən, may ayının 15-dən tez və oktyabr ayının 15-dən gec olmayaraq, cari ilin dövlət büdcəsinə yenidən baxılması barədə Milli Məclis qarşısında məsələ qaldırıla bilər. Bu kontekstdən, gözlənilir ki, hökumət tərəfindən fiskal dəyərləndirmə aparıldıqdan sonra bu istiqamətdə yekun qərar veriləcək.

Sosial təminata 2024-cü ilin geridə qalan aylarında daha çox vəsaitin xərclənməsi isə ilin növbəti aylarında da sosial ayırmaların prioritet olacağından xəbər verir”, - ekspert vurğulayıb.

06 May 2024 STP Şirkətlər Qrupunda istehsalat göstəriciləri artıb
06 May 2024 Bu şəxslərə 1380 manat ödəniş edilir
04 May 2024 Rusiya şəkərin ixracına qadağa qoydu
03 May 2024 “Kontakt”da 70%-dək endirimli “Super günlər” başladı
01 May 2024 1 milyonu mənimsəyən Bayramova həbs edildi
01 May 2024 “Bank of Baku”dan bütün market, YDM və restoranlarda - 5% KEŞBEK
01 May 2024 “XalqKart”ı pulsuz əldə edin!
01 May 2024 Azərbaycana giriş üçün viza rejimi asanlaşdırılır
01 May 2024 “Birbank” taksit kartı ilə ilk alış-verişdə 10% keşbek qazanın
01 May 2024 Xarici ticarət dövriyyəsi azaldı: nə baş verir?
30 Aprel 2024 “Araz” supermarketlər şəbəkəsi yerli istehsalçıların inkişafını dəstəkləyir
30 Aprel 2024 “Azeri Light” bu gün neçəyə satılır?
19 Aprel 2024 Bu avtomobillərin qiyməti ucuzlaşacaq
16 Aprel 2024 Azərbaycan elektromobil idxalını artırdı
14 Aprel 2024 Sabah 3 rayonun bəzi ərazilərində qaz olmayacaq
13 Aprel 2024 Bu tələbələrin ailəsinə ayda 200 manat ödəniləcək
13 Aprel 2024 Tikinti materialları ucuzlaşdı - Video
12 Aprel 2024 Balın qiyməti bahalaşacaq - Video
09 Aprel 2024 Azərbaycanda illik inflyasiya açıqlandı
08 Aprel 2024 Qazaxıstan bankları da Rusiyadan imtina edir
05 Aprel 2024 Bu valideynlər hər ay 395 manat ala bilər - Video
03 Aprel 2024 Konsulluğa hücum İran pulunu ucuzlaşdırdı
01 Aprel 2024 Prokurorluqdan sosial yardımlarla bağlı müraciət
01 Aprel 2024 Sosial yardım alanlar kəskin azaldı - Səbəb
01 Aprel 2024 Mərkəzi Bank valyuta ehtiyatlarını 27,6% artırdı
01 Aprel 2024 "Unibank"da yeni təyinat - FOTO
27 Mart 2024 Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər - Şad xəbər
27 Mart 2024 AB Azərbaycana neft məhsullarının ixracını artırdı
25 Mart 2024 Ölkəmizdən Rusiyaya nə qədər yumurta ixrac edilib?
21 Mart 2024 Türkiyə MB uçot dərəcəsini 50%-ə qaldırdı